Belediyye.infonun suallarını Lənkəran regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Çingiz Cavadov cavablandırır. Onunla carı ilin altı ayı ərzində idarənin həyata keçirdiyi işlər və layihələr barəsində söhbət edirik.
Onu da qeyd edək ki, idarənin əsas fəaliyyət istiqamətlərindən biri bələdiyyələrlə bağlıdır. Hazırda idarənin yurisdiksiyasına 6 rayonda- Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarını əhatə edən 178 bələdiyyə aiddir.
Belediyye.info olaraq xüsusiylə qeyd etməliyik ki, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin dəstəyi ilə regional idarələrlə sıx əməkdaşlıq əlaqələri qurulub.
***
Həmsöhbətim ilk olaraq 2017-ci ilin birinci yarımilində Lənkəran regional ədliyyə idarəsi tərəfindən görülmüş işlərə dair hesabatla bağlı maraqlı məqamlara toxundu:
-2016-cı ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə ədliyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2017-ci il tarixli qərarının icrası ilə bağlı aşağıdakı işlər görülmüşdür.
Bələdiyyələrin fəaliyyətinə xüsusilə torpaq qanunvericiliyinə riayət olunmasına inzibati nəzarət gücləndirilmiş, bələdiyyə vəsaitlərindən istifadə olunması və əmlakla bağlı aktların qanuniliyi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə bələdiyyələrə altı ay ərzində 500 tövsiyə və 22 təklif göndərilib, 7 seminar keçirilib.
Yerli özünüidarə orqanlarına metodiki yardımın səviyyəsi yüksəldilmiş, bu məqsədlə onlara tövsiyə və təkliflər göndərilmiş, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə seminarlar keçirilib.
Vətəndaşların qəbulu məsələsi diqqət mərkəzində saxlanılmış, vətəndaşların müraciətlərinə baxılması işinə nəzarət gücləndirilib.
idarə rəsmisiylə söhbətdə hesabat dövründə daxil olan sənədlər barəsində də faktlara toxundu:
- Hesabat dövründə idarəyə 2.385 sənəd daxil olub ki, onlardan 550-si vətəndaş, 1.259-u bələdiyyələrin iclas protokollarıdır. Hesabat dövründə daxil olmuş vətəndaş müraciətlərinin 22-si müsbət həll olunmuş, 10 müraciət qismən həll olunmuş, 449 müraciət üzrə vətəndaşlara müvafiq izahat verilmiş, 17 müraciət aidiyyəti üzrə göndərilmiş, 6 müraciət baxılmamış saxlanılmış, 44 müraciət isə icraatdadır . Bununla yanaşı 2017-ci ilin birinci yarımildə idarədə 178 vətəndaş qəbul edilib.
- Cari ilin altı ərzində bələdiyyələrə inzibati nəzarət və metodoloji yardım üzrə hansı işlər görülüb –sualını həmsöhbətim belə cavablandırdı:
- Hesabat dövründə idarəyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar Bələdiyyələrlə iş Mərkəzindən 134 vətəndaş müraciəti daxil olmuşdur. Onlardan 102-si üzrə müraciət müəllifinə əsaslandırılmış yazılı cavab verilmiş, 6 müraciət təmin edilmiş, 8 müraciət baxılmamış saxlanılmış, 6 müraciət aidiyyəti üzrə göndərilmiş, 12 müraciət icraatdadır.
2017-ci ilin birinci yarımilində aşağıdakı bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlər əsasında aparılmış araşdırma nəticəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlələ iş mərkəzinə təqdim edilmişdir. Bu sıraya Cəlilabad rayonu Üçtəpə bələdiyyəsi, Masallı rayonu Qarğalıq bələdiyyəsi və Musaküçə bələdiyyəsi aiddir.
Söhbətimizdə bələdiyyə aktlarının daxilolma səviyyəsinə də toxunuldu:
- Hesabat dövründə idarəyə 2.613 bələdiyyə aktı daxil olub. Onlardan 2.610 bələdiyyə aktı qanunvericiliyə uyğun hesab edilib, 4 bələdiyyə aktı qanunvericiliyə zidd olduğu üçün idarənin müraciəti əsasında bələdiyyələr tərəfindən ləğv edilib, 4 bələdiyyə aktı dəyişdirilib, 148 bələdiyyə aktı üzrə təsdiqedici sənədlər idarəyə təqdim olunan 3 bələdiyyə aktı icraatdadır. Bir məqamı da əlavə edim ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı görülən tədbirlər nəticəsində 0.118 ha mülkiyyətə, 1.18 ha icarəyə torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarları ləğv edilib.
Bələdiyyə aktlarını vaxtında təqdim etmədiklərinə görə bələdiyyə sədrləri barəsində 2 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmiş, 2 inzibati xəta haqqında işə məhkəmələr tərəfindən baxılaraq təmin edilib.
Ç. Cavadov bələdiyyələrə metodoloji yardım üzrə görülən işlər barəsində fikirlərini bildirib:
- Hesabat dövrü ərzində bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədilə 7 seminar-müşavirə keçirilib.
Seminarlarda 178 bələdiyyəni əhatə edən 266 bələdiyyə üzvünün və bələdiyyə qulluqçusunun iştirakı təmin edilib. Seminarlarda idarə əməkdaşlarının 21 çıxışı olub. Seminarlarda “şəffaflığın artırılması və Korrupsiyaya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları” və digər mövzular üzrə çıxışlar olub.
Söhbətdə Ç. Cavadov müəyyən mənada fəaliyyətiylə seçilən bələdiyyələrə toxundu:
Masallı rayonundan Bambaşı, Qızılağac, Astara rayonundan şəhər bələdiyyəsi, ərçivan bələdiyyəsi, Lənkəran rayonundan Vilvan bələdiyyəsini misal şəkmək olar. Bu bələdiyyələr daim məsləhət alır, gondərdikləri hər sənədə diqqətlə yanaşırlar.
Ancaq bu sözləri hər bir bələdiyyəyə aid etmək olmaz. Bu gün bələdiyyə aktlarını vaxtında təqdim etməyən sədrlər cərimə sanksiayası tətbiq edilib. Masallı rayonunun Qızılavar və Kolatan bələdiyyələrinə qanunvericilik qaydasında cərimə təyin edilib. Bələdiyyə sədrləri məhz bu cəriməni öz əməkhaqqlarından ödəməli olacaqlar.
Son olaraq qeyd edim ki, regional idarə olaraq əsas məqsədimiz bələdiyyələrə metodoloji yardım göstərməklə onların problemlərinin həllinə nail olmaqdır.
Belediyye.info