"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha üç bələdiyyə “E-manat”a qoşuldu

--2016-08-22 / 12:24

Zabrat, Bilgəh  və Biləcəri bələdiyyələri E-MANAT a qoşulub. Hər üç bələdiyyədən Belediyye.infoya daxil olan məlumata görə,  bu günlərdə Sabunçu rayon Zabrat və Bilgəh bələdiyyəsi, o cümlədən Binəqədi rayon Biləcəri bələdiyyəsi “E-manat” sisteminə qoşulub.

Bununla da “E-manat”-onlayn ödəniş sisteminə qoşulan  bələdiyyələrin sayı ona çatdı.

Xatırladaq ki, ilk olaraq bu sistemə Nəsimi bələdiyyəsi qoşulub. Ondan sonra Bakıxanov, Sabunçu, Nizami, Yasamal, Xirdalan və  Pirşağı bələdiyyələri  adıçəkilən sistemə qoşulub.

 

Belediyye.info

ŞƏRHLƏR