"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

E.Yusifov: “Məqsədimiz vətəndaşlarımıza layiqli xidmət etməkdir”

--2021-06-30 / 17:00

ilk olaraq bələdiyyə sədrlərinə ünvanladığım yeddi suala Zaqatala rayonun Muxax bələdiyyəsinin sədri Yusubov Elvin Vidadi oğlu cavab verir:

-  Siz hansı səbəbdən bələdiyyə üzvü olmaq istədiniz?

- Gənc bələdiyyə sədr olaraq bələdiyyə ərazisində iqtisadi inkişafa nail olmaq,ərazidə bələdiyyənin imkanları daxilində yeni layihələr həyata kecirilməsini təmin etmək, dövlətimizin apardığı islahatlara ərazidə dəstək olmaq. Bir gənc olaraq əsas məqsədim vətəndaşlarımıza mövcud olan qanunvericiliyə əsasən layiqli xidmət etməkdir.

-Hazırda bələdiyyə sədrisiniz, ötən il yarıma yaxın bir müddətdə hansı işləri görmüsünüz, hansı layihələri həyata keçirmisiniz?

-əlavə edim ki, Muxax bələdiyyəsi Muxax və Zəyəm kəndlərini əhatə edir. işlədiyim bir il yarım ərzində bələdiyyə ərazisində aşağıda qeyd edilən layihələrin həyata keçirilməsini təmin etmişəm. Muxax kəndinin sakinlərinə icməli su verilişini daim diqqətdə saxlamaqla (icməli su xətti bələdiyyə balansından 2003-cü ildə “Azərsu”nun balansına verilib) vətəndaşların müraciətləri nəzərə alınaraq bələdiyyənin iclasının qərarı əsasında lazım olan vaxtlarda icməli su xəttində təmir işləri aparılmış,subarteziyanların da daim işlək vəziyyətdə olmasına calışırıq ki,vətəndaşlarımız narazı qalmasınlar.

-Bələdiyyə ərazisində COViD-19 pandemiyasına qarşı tədbirlər görülmüş,tək kimsəsizlərə,cətin dolanan ailələrə ərzaq yardımı edilmiş,tibbi maska paylanmış, digər tibbi dizinfeksiya işləri görülmüşdür.

-ərazidə olan şəhid ailələri,Qarabağ qaziləri daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar edilir.

-Bir çox kənd ara yollarına cınqıl daşınaraq təmir işləri aparılmışdır.Yollarda lazım olan yerlərə su keçidi arxlarına borular alınaraq qoyulmiuşdur.

- əhaliyə icməli su verilişi üçün ərazidə olan 3 subarteziyanın yanına su cənləri altlıq hissəsi tikilərək qoyulmuşdur.Hazırda həmin çənlərdən vətəndaşlarımıza icməli su verilişi həyata keçirilir.

-şəhidlər xiyabanı ətrafında abadlıq təmir işləri aparılmış piyada kecidi kimi istifadə olunan yerə 20 ton asfalt döşənmişdir.

-Bələdiyyənin “Selbasan” fındıq bağında ekskavatorla təmizlik işləri aparılmış yollar düzəldilmiş,lazım olan yerlərə arxlar qazılmışdır,budan başqa sel sularından “Selbasan” cölünü qorumaq üçün 300 metr hissəyə böyük kanal qazılmışdır.

-Zaqatala-Bakı,Zaqatala Qax yolun ərazidən keçən hissəsində ağaclar ağardılması,yolun hər iki tərəfində təmizlik abadlıq işləri aparılmışdır.

-Bələdiyyənin ərazisində zibil tullantılarının qalaqlanması üçün poliqon yeri müəyyən edilmiş həmin yerdə quyu qazıllaraq ətrafə mühaafizə məqsədi ilə bərkidilmişdir.

- Silahlı Qüvvələdə yardım fonduna 44 günlük müharibə ərəfəsində bələdiyyədə 1000 manat yardım edilmiş onların bank hesabına ödənilmişdir.

- ərazimizdə ikinci Vətən müharibəsində şəhid olmuş 2 əsgərimizin dəfn mərasimi təşkil edilmişdir.

- Bələdiyyə ərazisində olan Cernobıl əlilinə Qaz cəkilişinə,digər bir şəhid ailəsinə mal tövləsi yandığına görə bələdiyyədən yardım edilmişdir.

- Ramazan bayramı qabağı tək-kimsəsiz ailələrə maddi yardım edilmişdir.

 

Bələdiyyənizin ötən illərdəki fəaliyyətini necə qiymətləndirərdiniz?

-Bələdiyyənin ötən ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirmək olar.Ona görə ki,vergilərin yığılmasında,digər göstəricilərdə artım müşahidə olunmuşdir.Bu mənim bələdiyyədə işlədiyim ilk iş ilimdə gələcək işlərim üçün stimul verdi.

-Vətəndaş məmnunluğunu təmin etmək üçün hansı addımlar atırsınız?

-Bələdiyyə ərazisində bələdiyyə üzvləri ilə vətəndaşların arasında çox yaxşı bir münasibət var.əsasən gənclərdən formalaşan bələdiyyə üzvləri calışır ki,bələdiyyə ilə vətəndaşlar arasında birlik olsun.Birlik olan yerdə hər bir məsələni həll etmək daha asan olur.Bələdiyyə üzvləri ilə yanaşı az sayda olan bələdiyyə qulluqcularımızın da əməyini qeyd etmək istəyirəm.

Bələdiyyənizin fəaliyyəti və problemlərinin həlli ilə bağlı Sizə daha çox hansı təşkilatlar yardım göstərir?

Bələdiyyəmizə problemlərin həlli istiqamətində ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, şəki Regional ədliyyə idarəsinin, Zaqatala Rayon icra Hakimiyytətinin, bundan başqa daimə xəbərlərlə bizi marifləndirən, bələdiyyələrə dəsdək olan “Belediyye.info” saytının bizə şəxsən olan köməkliklərini müsbət qiymətləndirirəm .

-Bələdiyyənizin BAMS proqramından istifadəsini necə dəyərləndirirsiniz? Bələdiyyənin BAMS proqramı bələdiyyəmiz üçün çox yaxşı bir proqram oldu. Həmin proqramdan istidadə edildikdən sonra bələdiyyə vergilərinin toplanmasında xeyli dərəcədə artım müşahidə olundu. Bir sözlə deyərdim ki, vətəndaşların bələdiyyəyə olan inamını artırdı.Muxax bələdiyyəsində vergi sahəsində iş elə qurulmuşdur ki,marifləndirmə vergi ödəyiciləri ilə elə aparılmışdır ki,bu gün vergi i ödəyiciləri bələdiyyəyə gəlmədən bildiriş əldə etmədən vergilərini onlayın olaraq ödəyirlər.Ancaq yenə də BAMS proqramında müəyyən qədər dəyişikliklər aparılmasına ehtiyac var. inanıram ki, KBMA-sı bu sahədə bundan sonra da bələdiyyələrə öz köməkliyini göstərəcəkdir.

-Bələdiyyə sədri kimi ilk olaraq bələdiyyənizin hansı probleminin həllini istərdiniz?

-Bələdiyyə sədr olaraq istərdim ki, bələdiyyənin ərazisində ilk olaraq əhalinin icməli suya olan təlabatını ödəmək üçün dövlətimiz tərəfindən 10 minə yaxın əhalisi olan Muxax bələdiyyəsinın onun vətəndaşlarının arzusunun gercəkləşdirməsinə köməklik göstərsin.inanıram ki, müvafiq qurumalr kənd sakinlərinin bu arzusunu tezliklə həyata keçməsinə yardımçı olacaqlar.

Belediyye.info

ŞƏRHLƏR