Bakı. 25 yanvar. REPORT.AZ/ “Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Ötən il bələdiyyə aktlarının 2 200-dən çoxu ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”.
“Report” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb: “Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır”.
V.Zahirov bildirib ki, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı qanunvericiliyə müəyyən dəyişiklik olunub.