Balakən bələdiyyəsində ötən ilin yekunları müzakirə edilib. Bununla bağlı Belediyye.infoya daxil olan məlumata görə, iclasda 13 nəfər bələdiyyə üzvündən 11 nəfər- əfqan Səfərov, Səfa Dibirov, şahruzat Musalimova, Xallıhacı Abdullayev, Nasrullah Orucov , Fizuli Varansov, Ramil Bodurov, Aysel Dünyamalıyeva, Elman Papaxov, əfsanə Molulova, Fərqanə Veyseva iştirak edib.
iclasda Balakən bələdiyyəsi tərəfindən 2018-ci il ərzində görülmüş işlər müzakirə edilib.
iclasda hesbata məruzəsiylə çıxış edən bələdiyyə sədri əfqan Səfərov çıxış edərək bildirib ki, bələdiyyələrin formalaşmasından keçən dövr ərzində Balakən bələdiyyəsi də öz işini xeyli təkmilləşdirmiş və yerli özünüidarəetmədə müəyyən təcrübə qazanıb. Bələdiyyə üçün problemli görünən işlər artıq qanunvericiliyin tələbləri çərçivəsində qurulub.
Balakən bələdiyyəsi fəaliyyət göstərdiyi müddətdə müntəzəm olaraq hər ay şura iclasları keçirib.
şəhər ərazisində keçirilən bütün tədbirlərdə Balakən bələdiyyəsi yaxından köməklik göstərib.
Məlumdur ki, Bələdiyyə maliyyəsinin əsasını yerli büdcə təşkil edir. Yerli büdcənin gəlirlərini isə əsasən fiziki şəxslərdən toplanmış əmlak və torpaq vergiləri təşkil edir. Bu vergilərin yığılmasında müəyyən çətinliklərimiz vardır. Tərəfimizdən daimi maarifləndirmə işlərinin aparılmasına baxmayaraq bəzi vətəndaşlar vergilərdən yayınmaq istəyirlər.
Balakən bələdiyyəsi bayramlarda şəhid və əlilləri heç vaxt yaddan çıxarmır. Bələdiyyə tərəfindən Qurban bayramında 23 şəhid və əlil ailələrinə yardım edib.
Bildirilib ki, yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin torpaq vergisindən 7.735 manat, əmlak vergisindən 22.831 manat, icarə haqqından 708 manat, alqı-satqıdan 44.740 manat, dotasiya 2619 manat, sair daxil olma 811 manat daxil olub.
2018-ci ildə bələdiyyəyə 102 ərizə daxil olub. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar ərizə verən 67 nəfər perspektiv torpaq sahəsi olmadığına görə növbəyə alınıb.
Milli Məclisin qərarı ilə Prezidentin sərəncamı ilə verilmiş torpaq bələdiyyədə öz əksini tapdıqdan sonra növbəyə durmuş vətəndaşların sənədlərinə baxılaraq hərracla və ya birbaşa qanunu qaydada torpaqların verilməsi nəzərdə tutulur.
Vətəndaşlardan 5 nəfər sahibkarlıqla bağlı, 17 nəfər özünün istifadəsində olan torpaq sahəsinin satılması barədə ərizə vermişdir. ərizələrə baxılmış və icra üçün sənədlər göndərilmişdir.
2018-ci il ərzində 5 sahibkarlıq, 13 həyətyanı torpaq sənədləri başa çatdırılaraq notariusda alqı-satqı olmuşdur. 3 nəfərin torpağın icarəyə verilməsi haqda natariusda icarə müqaviləsi bağlanmışdır.
Ümumiyyətlə cari il ərzində Balakən bələdiyyəsi bir cox işlər görmüşdür. O cümlədən:
H.əliyev pospektində Qullar kəndi istiqamətində həyət qapıları təmir edilmiş və rənglənmişdir.S.Gözəlov küçəsində yeni tikilmiş mərkəzi kitabxanasının həyətində söküntü işləri aparılmışdır.
H.əliyev prospektində yeni il bayramı ilə əlaqədar yol qıraqlarında olan işıq dirəklərinə 40 ədəd yolka bağlanmışdır.
Bələdiyyə mülkiyyətinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən fərdi yaşayış evinin tikintisi və sahibkarlıq məqsədi ilə təyinatı və istifadəsi haqqında hesabatın müzakirəsi bələdiyyə üzvləri tərəfindən məqbul qarşılanmış və lehinə səs vermişlər.
iclasda bələdiyyənin cari ildə həyata keçirəcəyi layihələr də müzakirə edilmişdir.
P.S. Balakən bələdiyyəsinin 2018-ci ildə həyata keçirdiyi layihələrdən çəkilmiş şəkilləri təqdim edirik
Belediyye.info
|
|
|
|
|
|