"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ekspert: “əməkhaqqı bu ildən növbəti ilə keçərsə onda əməkhaqqının ödənişi zamanı infilyasiya da nəzərə alınmaldır”

--2019-01-22 / 17:21

Belediyye.infoya daxil olan müraciətlərdə bəzi bələdiyyələrdə qulluqçulara əməkhaqqı ödənişlərində problem olduğu bildirilib. Və maraqlı məqam ondadır ki, bu proses bəzən bələdiyyə sədrlərinin təhriki ilə həyata keçirildiyi iddia olunur.

Məsələyə aydınlıq gətirmək üçün maliyyə məsələləri müstəqil ekspert Zöhrab Fərəcova müraciət etdik.

Ekspertin sözlərinə görə, bu məqam “Büdcə sistemi” haqqında qanunda tam və ətraflı şəkildə öz əksini tapıb.

Belə ki, əmək haqqı xərci “Büdcə sistemi” haqqında Qanunun 7.1.1 maddəsinə görə müdafiə olunan xərclərdir, həmin xərclər təxirəsalınmaz xərclərdir. Bütün xərclərdən fərqli olaraq onun ödənişi ilk növbədə həyata keçirilməlidir. Və əməkhaqqı bu ildən növbəti ilə keçərsə onda əməkhaqqının ödənişi zamanı infilyasiya da nəzərə alınmaldır.

Belediyye.info

 

ŞƏRHLƏR