"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elbrus Xəlilov: “Vətəndaşlar yeniliklərlə bağlı tam məlumatlı deyil”

--2015-10-20 / 22:25

“əmlak vergisinin toplanması ilə bağlı hələ yeni ödəmə sistemi öz yerini almayıb”. Bu sözləri Hövsan bələdiyyəsinin sədri    Elbrus Xəlilov deyib. Onun sözlərinə görə, əvvəllər bildirişləri sakinlərə verirdik və mütəmadi onlarla görüşürdük: “Vətəndaşlar isə bu verginin ödənilməsinin zəruriliyini anlayıb imtina etmirdilər. Bu gün bələdiyyələrlə bağlı qanunvericiliyə edilən dəyişiklər bizim üçün müsbət amildir. Lakin hələ vətəndaşlar bu yeniliklərlə bağlı tam məlumatlı deyil. indi bələdiyyəmiz tərəfindən vətəndaşlarımız arasında maarifləndirmə aparılır. Eyni zamanda onlara əmlak və torpaq vergisinin ödənilməsi ilə bağlı bildirişlər təqdim olunur”.

E.Xəlilov deyib ki, əmlak və torpaq vergisindən hər ay təxminən 4-5 min arası bələdiyyəyə pul daxil olur: “Daxil olan bu məbləğdən də bələdiyyə üzvlərinin maaşlarına və ərazimizdə olan bəzi sosial yönümlü işlərə sərf edirik”.

Bələdiyyə sədrinin sözlərinə görə, Hövsan bələdiyyəsi tərəfindən əmlaklar qeydiyyata alınır: “Bunlar mənzil istismar sahələrindən əlavədir. Onu da qeyd edim ki, bizim ərazimizdə 3 mənzil istismar sahəsi var və onlarla bağlı Dövlət Məsələləri üzrə əmlak Komitəsinə məktub ünvanlamşıq ki, bizə məlumat versinlər.

Bundan başqa ərazidəki yeni evlərin sənədləri qaydasında olduqda bələdiyyə tərəfindən qeydiyyata alınır. Etiraf edilməlidir ki, Hövsan bələdiyyəsində bir o qədər sənədsiz evlər yoxdur”.      

Bəxtiyar Məmmədli

ŞƏRHLƏR