"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elçin Quliyev: “Məqsədimiz seçicilər qarşısında götürdüyümüz öhdəliyi vaxtında yerinə yetirməkdir”

--2018-09-09 / 13:58

“Bələdiyyəmiz Sahil qəsəbəsində yaşayan bütün sakinlərlə dil tapmağa çalışır. Məqsədimiz onları vergiyə cəlb etməklə və seçicilər qarşısında götürdüyümüz öhdəliyi vaxtında yerinə yetirməkdir”- bu fikirləri Belediyye.infoya Qaradağ rayonu Sahil qəsəbə bələdiyyəsinin sədri Elçin Quliyev bildirib.

Sədrin sözlərinə görə, hazırda vətəndaşlara bildirişlər paylanılıb. Digər bir çətinliyimiz ondadr ki, sənədsiz mənzilləri vergiyə cəlb edə bilmirik. Bununla yanaşı vergi borcu olanların haqqında məlumatları ədliyyə Nazirliyinin icra şöbəsinə ünvanlamaq məcburiyyətindəyik. icra şöbəsinə borcu 80 manatdan yuxarı olanları göndərməyə qərar vermişik.

Sakinlərin bələdiyyəmizə əsas müraciəti torpaqla bağlı olur. Lakin bələdiyyəmizin torpaq fondu olmadığına görə, bələdiyyə olaraq vətəndaşın arzusunu yerinə yetirə bilmirik.

“Hazırda Sahil bələdiyyəsinin DSMF-yə 10 min manata yaxın borcu var”- sədrin sözlərinə görə, bu borcun hesabına bank hesabımız bağlıdır:

- Hörmətli Prezidentin mart ayında DSMF borclarıyla bağlı imzaladığı sənədə əsasən borca görə, yaranmış peniya üzrə borcunun bir hissəsi silindi.

Deməliyəm ki, mən 2015-ci ilin yanvarında sədr seçiləndə borcun həcmi 37 min manat idi. Üç il ərzində borcun xeyli hissəsini gərgin fəaliyyətimizlə silə bilmişik.

Çalışırıq ki, əvvələr bələdiyyə haqqında formaşalmış neqativ təssüratı fəaliyyətmizllə dəyişək. Buna qismən də olsa nail olmuşuq.

Hazırda səkkiz nəfər bələdiyyə qulluqçusu var və onunda üç nəfəri vergi müfəttişidir. Bu gün ay ərzində 4-5 min manat vergi yığa bilirik. Ötən il əldə etdiyimiz maliyyə vəsaitinin həcmi 40 min manata yaxın olub.

Sədr Eçin Quliyevin sözlərinə görə, Sahil qəsəbə bələdiyyəsinin 15 nəfər bələdiyyə üzvü var. Hər biri bələdiyyənin inkişafı üçün əlindən gələni əsirgəmir. Bu gün qəsəbə ərazisində olan hər bir təşkilatla sıx əməkdaşlıq əlaqəsi qurulub. Və onlarla hər hansı problem yaşamırıq.

Həyata keçirdiyimiz bütün layihələrin icrasına Qaradağ RiH-in yaxından dəstəyi vardır. Biz də bələdiyyə olaraq rayonun abadlıq-quruculuq işlərində yaxından iştirak etməklə, rayonun inkişafı istiqamətində daim öz töhvəmizi verməyə çalışırıq.

Xatırladaq ki, Sahil qəsəbəsi rayonun ikinci böyük qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949- cu ildə Sement zavodunun tikintisi ilə əlaqədar olmuşdur. Belə ki, Keşlə qəsəbəsində yerləşən Sement zavodu şəhərin mərkəzinə yaxın olduğundan qərara alınmışdır ki, bu zavod Qaradağ dəmir yolu stansiyasının yaxınlığına köçürülsün. Zavodun tikintisi və gələcəkdə fəaliyyət göstərməsi ilə əlaqədar dənizin kənarında ilk evlər tikilmişdir.

Sahil qəsəbəsində 1949- cu ilə qədər balıq vətəgəsi olub. 1949- cu ildə əsası qoyulmuş Sement zavodunun 1951- ci ildə 1- ci və 2- ci texnoloji xətt işə düşüb. Qəsəbənin təşkil olunduğu taix 1951- 52- ci illərdir.

Onu da əlavə edək ki, qəsəbə sakin olmuş Emin Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsin yüksəlmişdir.

 Belediyye.info

ŞƏRHLƏR