"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elçin Yusubov: “ölkə üzrə 621 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılmışdır”

--2021-07-03 / 13:49

Belediyye.infonun əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı suallara cavab Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun imzasıyla cavablandırılıb.

Sullarımıza ünvanlanan cavabları olduğu kimi təqdim edirik. Lakin cavabların yaratdığı suallara isə ayrıca şəkildə yazı veriləcəkdir.

-Bələdiyyələrə xəritələrin təqdim edilməsiylə bağlı son vəziyyət barədə nə demək olar?

- Ölkə üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 1436 bələdiyyədən 621 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılmış və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmaq üçün Azərbaycan Respublikası Prezident Adminstrasiyasına təhvil verilmişdir.

205 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırlmış və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmaq üçün Azərbaycan Respublikası Prezident Adminstrasiyasına təhvil verilmə mərhələsindədir, 610 bələdiyyənin xəritəsi isə müvafiq rayon və şəhər icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırma mərhələsindədir.

-Təsdiq üçün bələdiyyələrə göndərilən elektron xəritələrədəki qüsurların aradan qaldırılması hansı səbəbə görə ləngiyir? Prezident fərmanlarıyla (1999-2000) bələdiyyələrə mülkiyyətə əmlakın və torpağın verilməsi üç aya yekunlaşmalı olduğu halda hazırda da davam edən 21 illik ləngiməni nə ilə izah etmək olar?

- Bələdiyyələrə mülkiyyətə əmlak və torpaq sahələrinin ayrılması ilə əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 237 nömrəli Fərmanına uyğun olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bu istiqamətdə işlər görülmüşdür.

Hərrac komissiyasında bələdiyyələrin təmsilçiliyindəki ədalətsizlik nə vaxt aradan qaldırılacaq? Hansı məntiqlə rayonun bütün bələdiyyələrini komissiyada yalnız bir nəfər təmsil etməlidir?

- 2000-ci ili 18 aprel tarixli 864-i Q saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası yerli özünidarəetmə üzrə əlaqələndirmə şuraları haqqında əsasnaməyə” əsasən bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin müzakirə edilməsi, həmin məsələrlə əlaqədar ortaya çıxan problemlərin birgə həlli yollarının müəyyən edilməsi ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətinin üzlaşdırılması, yerli özünüidarəetmə sisteminin inkişafı üzrə təkliflərin hazırlanması məqsədiylə rayon və şəhərlərdə Bələdiyyələrin əlaqədəndirmə şuraları yaradılmışıdr. Buna görə torpaq və hərrac komissiyalarında bələdiyyələri müvafiq rayon və şəhər şuraları təmsil edir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”na əsasən torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi məqsədiylə tərkibi beş nəfərdən ibarət torpaq müsabiqə və hərrac komissiyası yaradılır. Torpaq müsabiqə və hərrac komisiyalarının tərkibinə Xidmətin ərazi şöbəsinin müdiri və ya onu əvəz edən şəxs (komissiyanın sədri), yerli icra hakimiyyətinin nümayəndəsi, bələdiyyələrin və ya bələdiyyə şuralarının nümayəndəsi, xidmətin ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş bir işçi, Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin tabeliyində olan “Kadastr və yerqurluşu layihə-tədiqiqat mərkəzi” MMC-nin nümayəndəsi daxil edilir.

ictimai təşkilatların nümayəndələrinin müsabiqə və ya hərraclarda müşahidəçi qismində iştirakına məhdudiyyət qoyulmur.

- Bələdiyyə mülkiyyətinə verilmiş torpaqların satışı zamanı satışa çıxarılan torpaq sahələrinə yenidən çıxarış alınmasını zəruri edən səbəb hansıdır? Nəzər alaq ki bu addım bələdiyyə büdcəsinə kifayət qədər ziyan vurur?

“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnəmənin 22-ci hissəsinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudladırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqə) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Eləcə də “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” AR Qanunun 6.9 maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən tarif dərəcələrindəki artım hansı zəruriətdən yaranıb?

-Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin tabeliyində olan “Kadastr və yerqurluşu layihə-tədiqiqat mərkəzi” MMC tərəfindən göstərilən xidmətlər ilə əlaqədar tarif dərəcələri AR Tariş şurası tərəfindən tənzimlənir.

Paytaxt və ətraf ərazilərdəki mövcud 500 mindən artıq sənədsiz mənzilə hüquqi statusun (çıxarışın) verilməsinə nə vaxt başlanılacaq?

-Paytaxt və ətraf ərazilərdəki mövcud sənədsiz mənzillərə hüquqi statusun verilməsinə “Azərabycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırlması tədbirləi haqqında” AR Preidneti Adminstrasiyasının rəhbərinin 2019-cu il 13 may tarixli 37 saylı sərəncamnın icrasına dair 2019-cu il 27 iyun tarixdə təsdiq edilmiş tədbirlər planına nəzərdə tutulmuş qaydada baxılır.

Belediyye.info

ŞƏRHLƏR