"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizov üçün “əziz” gün

--2017-06-28 / 12:57

Azərbaycan Prezidentinin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Eldar əzizov  Səbail Rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bu gün isə prezidentin digər sərəncamıyla "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar əziz oğlu əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif” edilib.

Eldar əzizovu 1999-cu ildən tanıdığımdan, bu günədək haqqında bir kəlmə belə yazmadığımdan belə bir yubiley günü qısa şəkildə olsada haqqında ürək sözlərimi yazmaq qərarına gəldim.

Təxminən iki ilə  yaxın müddət ərzində sıx əməkdaşlıq etdiyimdən onu daha yaxından tanımışam.

 Həmin dövrdə Bakı şəhər icra Hakmiyyətinin yanında Diplomatik Korpusa Xidmət göstərən “interservis” Müdriyyətində çalışırdım.

icra hakimiyyətində müəyyən struktur dəyişikliyi aparıldığından 1999-cu ildən  Xarici əlaqələr və investisiya proqramları departamenti  yaradıldı. Həmin  vaxt   Eldar əzizov departament sədrinin birinci müavini təyin edildi. Az bir müddətdən  sonra Bakı şəhər icra Hakmiyyəti başçısının müavini təyin edildi.

Bu elə dövr idi ki, ölkədə müəyyən siyasi gərginliklər yaşanır, əhalini mitinqlərə çağırışlar artmışdı. Bu proseslərdə  Eldar əzizov Vətəninə və dövlətinə sədaqətlə xidmət etməyi bacardı.

Bəs bu gün  60 yaşını qeyd edən, səmimiyyəti və idarəçilik bacarığı ilə seçilən Eldar əzizov kimdir?

əzizov Eldar əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə  Bakı  Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 

a1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib. 1991-ci ildən Azərbaycan Gənclər ittifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər icra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər icra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 

2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon icra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə şəhər icra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə isə Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Eldar əzizov həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar ittifaqının fəxri üzvü, "Difai" kitabının və 200-dən artıq elmi-nəzəri məqalənin müəllifidir.

Zəngin bir həyat məktəbi keçən Eldar əzizov bu gün 60 yaşını qeyd edir.

inanırıq ki, Eldar əzizov böyük uğurlara imza atmaqla daim Vətəninə və dövlətinə daha sədaqət hissiylə xidmət edəcəkdir.

Etiraf  edim ki, Eldar müəllimi tədqiqatçı kimi, yüksək idarəçilik bacarığı olan məmur kimi də xarakterizə etmək olardı. Lakin “Difai" monoqrafiyası E.əzizov yaradıcılğının ən yüksək nöqtəsi hesab edilməlidir.  Çox oxunaqlı dildə yazılan monoqrafiya Azərbaycan tarixinin bir hissəsi öz əksini ətraflı şəkildə tapıb.

Eldar müəllimə can sağlığı arzusuyla Vüqar Tofiqli. 

ŞƏRHLƏR