"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ələmdar Bafadarov: “Qəsəbə əhalisinin sosial problemlərinin həllinə bundan sonra da çalşacağıq”

--2017-07-12 / 17:28

Cari ilin altı ayı ərzindəki fəaliyyətə toxunan Nizami rayon Keşlə bələdiyyəsinin sədri ələmdar Bafadarov Belediyye.infoya açıqlamasında bildirib ki, ötən dövr ərzində bələdiyyənin mədaxili 73.747 manat olub. O cümlədən; yaşayış sahələrindən yığılan vergilər: torpaq vergisi 24.313 manat, əmlak vergisi 47.050  manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən yığılan vergilər, icarə haqqı 1.784 manat, mehmanxana rüsumu 600 manat olub.

Bələdiyyənin məxarici isə 75.770 manat olmuşdur. O cümlədən; əmək haqqına 47.609 manat, maddi yardım 2.026 manat, digər xərclər 26.135 manataq bərabər olub.

Cari ildə bələdiyyə tərəfindən həyata keçirilən layihələrə toxunan sədr bildirib ki,  Keşlə qəsəbə parkının abadlaşdırılması, orada səliqə-səhman yaradılması və müasir dövrün tələblərinə uyğun səviyyədə olmasına nail olmağa çalışmışıq. Bu məqsədlə bələdiyyə büdcəsindən 6 ay ərzində Keşlə parkının saxlanmasına 4.644 manat vəsait ayrılıb.

Keşlə qəsəbəsindəki 312 saylı tam orta məktəbdə Respublika gününə həsr olunmuş “28 may – tariximizin şanlı səhifəsi” adlı inşa yazı müsabiqəsi keçirilmiş və qaliblərə 245 manat məbləğində mükafat verilmişdir. iyun ayında qəsəbədəki xeyir-şər evində imkansızlara, şəhid ailələrinə və əlillərə, cəmi 600 nəfərə Ramazan ayı münasibətilə millət vəkili Rövnəq Abdullayevin dəstəyi ilə  iftar süfrəsi verilmiş, 26 iyun Silahlı qüvvələr günü münasibətilə veteranlarla görüş keçirilib.

Bununla yanaşı 6 ay ərzində  bələdiyyəyə 142 ərizə və 48 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 51 məktub göndərilmiş, 17 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilib.

15 nəfər sakinə ümumilikdə 2026 manat məbləğində maddi yardım ayrılmışdır. 61 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilib.

Biz hər vaxt olduğu kimi bundan sonra da qəsəbə əhalisinin sosial problemlərinin həlli istiqamətində işlər görəcək və asudə vaxtlarının səmərəli keçməsində də öz köməyimizi əsirgəməyəcəyik.

Belediyye.info

ŞƏRHLƏR