Nizami rayon Keşlə bələdiyyəsinin sədri ələmdar Vafadarovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə tərəfindən 2014-cü ildə 64,4 min, 2015-ci ildə 81,5 min, 01.08.2016-cı il tarixədək 38,0 min manat əmlak vergisi yığılıb.
Sədrin məlumatına görə, bu gün yaranmış real vəziyyəti qənaətbəxş hesab etmək olmaz.
Keşlə qəsəbəsində fərdi yaşayış evlərinin mütləq əksəriyyətinin, yəni 90%-dən çoxunun sənədsiz olduğunu qeyd edən sədr bələdiyyə üçün əsas problemin ərazidəki evlərin sənədləşdirlməməsidir.
Onun sözlərinə görə, ikinci bir məqam isə vergi ödənişlərindən yayınan ödəyicilər haqqında tədbir görülməsi üçün bələdiyyənin hər hansı təsir mexanizminin olmamasıdır:
“əmlak vergisinin yığımında edilən dəyişikliklər verginin hesablanması proseduru sadələşdirilərək daha da konkretləşdi. Bu gün vətəndaşın özü əmlak vergisini hesablama imkanı əldə edib.”
Sədrin fikrincə, hazırda bələdiyyə ilə vətəndaş arasında əmlak vergisinin hesablanması ilə bağlı hər hansı problem qalmayıb.
Belediyye.info