Lənkəran rayonu Hirkan bələdiyyəsinin sədri ələmşah Məmmədov bələdiyyələrin qarşılaşdığı problemlərin həlliylə bağlı Belediyye.infoya açıqlamasında bidlirib ki, işləmək istəyən və işləmək istəyində olan bələdiyyələrə şərait yaradılımalıdır.
istər aqrar sahədə, istər digər sahələrdə səriştəsi olan bələdiyyələrə dövlət aşağı faizlə kredit verilməsi sonda bələdiyyələrin problemlərinin həllinə kömək etmiş olar.
Bununla yanaşı növbəti ildə bələdiyyələrə subvensiyanın verilməsi də müsbət dəyərləndirmək lazımdır.
Bu gün elə qərarlar qəbul edilməlidir ki, bələdiyələr beş-on manat əmlak vergisinin ümidinə qalmasın.
Bu gün bütün bələdiyyələr həqiqətən işləmək arzusundadırlar. Amma maliyyə olmadığı üşün ciddi problemlərlə üzləşmək məcburiyyətində qalırlar.
Belediyye.info