Xəbər verildiyi kimi, 27 mart tarixində Azərbaycan Prezidenti ilham əliyev “Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ölkə başçısının bu sərəncamını yüksək qiymət verən Lənkəran rayon Hirkan bələdiyyəsinin sədri ələmşah Məmmədov Belediyye.infoya açıqlamasında bidlirib ki, Cənab Prezidentin Hirkan-Mamusta-Siyavar yolunun tikintisina vəsait ayrılması barədə verdiyi sərəncam minlərlə insanı sevindirib. Deməliyəm ki, həmin yol Lənkəran-Astara şosse yolunun ayrılmış bir qoludur. Yol 1930-1940 cı illarda araba yolu olub. SSRI dönəmində asfaltlaşdırlıb, sonuncu dəfə isə ötən əsrin 80- ci illərində əsaslı təmir olunub.
Cənab Prezident bu yaxın zamanda Lankaranda Hirkan Daşdatük Bilasar yolunun acılışını etməklə Lənkəran rayonuna böyük bir hədiyyə etmiş oldu.
Həmin yol dağ kəndlərinə gedən yol idi. indi isə Xəzər dənizinə gedən yol üçün vəsait ayrıldı. Bu yoldan yay mövsümündə qəsəbə ərazisinə Rusiyadan gələn turistlərə gözəl bir ərməğan olacaq. əlavə edim ki, həmin rus millətindən olan insanlar vaxtı ilə qəsəbəmizin sakinlari olublar. indi da hər il dəniz mövsümündə qəsəbəmizə qonaq gəlib dəniz kənarında istirahət etmələrini, Avropanın hər hansı bir şəhərində istirahətdən üstün tuturlar. Bir sözlə qəsəbəmiz Cənab Prezidentin verdiyi sərəncamlarla gündən günə gözəlləşir. Qəsəbə əhalisinin devizi belədir: Bizim Prezidentimiz ilham Heydar oğlu əliyevdir. Biz isə onun əsgərləriyik.
Belediyye.info