"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əli əkbərli “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib

--2016-08-27 / 22:16

Belediyye.info  AZəRTAC-a istinadən xəbər verir ki,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının növbəti iclasında  2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə  qərar qəbul edilib.

Qəbul edimiş qərara əsasən  2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupu tərəfindən əkbərli əli Zeyni oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və onun təsdiq olunması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 21-ci, 28.2-ci, 28.4-cü və 126-cı maddələrinə əsasən qərara alıb ki,  2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) əkbərli əli Zeyni oğlu “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.

Belediyye.info

ŞƏRHLƏR