“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqli Xəzər rayonu şağan qəsəbəsi 124 saylı məktəbdə keçirilən tədbirdə səsləndirilən fikirlərə münasibət bildirilməsiylə bağlı Elm və Təhsil naziri cənab Emin əmrullayevə müraciət edib.
Müraciət ilk dəfə olaraq onlayn qaydada nazirliyin internet resursunda qeydiyyatdan keçərək göndərilib.
Müraciəti olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikası Elm və Təhsil naziri
cənab Emin əmrullayev
Hörmətli Emin müəllim!
Novruz bayramı ərəfəsində Xəzər rayonu şağan qəsəbəsi 124 saylı məktəbdə təşkil edilən iki saatlıq bayram şənliyinin maraq doğuran və teatrlaşdırılmış səhnələrə geniş yer verilməsi təqdirəlayiq hesab edilsə də, tədbirdə təqdim edilən və səsləndirilən bir sıra ciddi sual yaradan məqamların olması bir ziyalı olaraq məni çox narahat etmiş oldu.
Tədbirin ssenarisində əsas rolu aparan məktəbin direktorunun dilindən dəfələrə səsləndirilən fikirlər məktəblilərin təlim-tərbiyəsinə ciddi şəkildə təsirsiz ötüşməyəcəyinə əminəm. Tədbirdə dəfələrlə “99 Allahın adıyla tədbiri açıq elan edirəm” və ya “insanlığımız olarsa biz israili, Yaponiyanı və Amerikanı geridə qoya bilərik” fikirlərinin səsləndirilməsi heç bir məntiqə sığmır. Tədbirə dəvət edilənlərin xanlıqların təmsiliçisi kimi təqdim edilməsi, hansı məna daşıyır, maraqlıdır.
Hər birimiz müstəqil dövlətimizi yaşatmaq, inkişaf etdirmək və ətrafımızda olan mənfur ermənilərə daim layiqli və tutarlı cavab verməyimiz üçün gənc nəslin təlim-tərbiyəsiylə düzgün istiqamətdə aparılması, habelə Azərbaycançılıq ideyasının təbliği ilə ciddi şəkildə məşğul olmalıyıq. Bu bilavasitə hər bir ölkə vətəndaşının həm də borcudur.
Hörmətli Emin müəllim!
Xəzər rayonu şağan qəsəbəsi 124 saylı məktəbdə keçirilən tədbirdə səsləndirilən fikirlərin təhlil edilərək siyasi qiymət verilməsini, habelə Elm və Təhsil Nazirliyinin gələcəkdə keçiriləcək bu tipli tədbirlər üçün xüsusi olaraq strateji yol xəritəsinin hazırlanmasına göstəriş verməyinizi Sizdən xahiş edirik
Sizdə dərin hörmət və ehtiram hissi ilə
Belediyye.info saytının təsisçisi: Vüqar Tofiqli (CəFəROV)”