əmlak Məsələləri Dövlət Komitəsi (əMDK) yeni tikilmiş yaşayış binalarındakı mənzillərin sahiblərinə və sakinləri müraciət edib. Komitədən fins.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, bəzən hündürmərtəbəli binaları tikən mənzil tikinti kooperativləri tərəfindən komitənin adı hallandırılmaqla vətəndaşlara əsassız müraciət və tələblər edilir. Bununla bağlı komitə bildirir ki, çıxarışlar yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı müqabilində təqdim edilir, bundan əlavə heç bir ödənişin edilməsi tələb olunmur.
Eləcə də, kampaniya çərçivəsində çıxarışlar yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında verilir.
Xatırladaq ki, bu gün kütləvi çıxarış kampaniyası Bakının Xətai rayonu ərazisində də keçirilib.
http://fins.az/emlak/891868/Amlak_Komitesinden_novostroyka_sakinlerine___MURACIAT.html