"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əmlak vergisini onlayn ödəmək mümkün olacaqdır – NəSiMi RAYONUNDA

--2015-07-30 / 17:39

“Nəsimi bələdiyyəsi ilk dəfə olaraq özünün rəsmi saytı vasitəsiylə onlayn ödəmə sistemini tətbiqinə başlayıb.  Hər bir rayon sakini ona təqdim edilən bildirişə uyğun olaraq sayta daxil olmaqla kart vasitəsiylə bələdiyyəyə olan borclarını ödəyə biləcəkdir.”

Bu barədə belediyye.info saytına açıqlamanı Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov verib. Onun sözlərinə görə, bələdiyyə  üzvlərin mart ayında keçirilən iclasında məhz bu addımın icra olunması qərara alınıb.  Yerli büdcənin imkanları hesabına yaradılan saytda qeydiyyatdan keçməklə banka və ya poçta getmədən vergiləri ödəmək mümkün olacaqdır. Bununla həm şəffalıq prinsiplərinin qorunmasına nail olunacaq, həm də bələdiyyənin digər təşkilatlara ödəyəcəyi əlavə xidmət haqqı öz  büdcəsində qalacaqdır.

Sədrin sözlərinə görə, artıq “E-manat”   sistemiylə verginin ödənilməsiylə bağlı danışıqlarda başlanılıb. Yaxın günlərdə bu sistem vasitəsiylə də ödəniş etmək mümkün olacaqdır.

Belediyye.info 

ŞƏRHLƏR