"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eskişehirdə “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırıldı

--2021-11-17 / 05:28
Türk Dünyası Araşdırmalar Mərkəzində Eskişehir Azərbaycanlılar Dərnəyi, Türk Dünyası Araşdırmalar Mərkəzi, “Gənclərin Töhfəsi” ictimai Birliyi, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” ictimai Birliyi və Türk Dünyası Tələblər Klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və idman Baş idarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi. Tədbirdə "Gənclərin Töhfəsi" ictimai Birliyinin sədri Asim Vəliyev, "Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi" ictimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Səbail Bələdiyyəsinin şöbə müdiri, Səlcuq Universitetinin doktorantı Taleh Mansurov, Türk Dünyası Uygulama və Araşdırma Mərkəzinin başqanı Mehmet Topal, Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın, Eskişehir Azərbaycanlılar Dərnəyinin koordinatoru Cavid əmirov, ESKENT Dərnəyi başqanı Gürol Yer, Eskişehir Ülkü Ocakları il Başkanı Kazım Aksoy, Türk Dünyası Tələbələr Klubunun rəhbəri Sevinc xanım, Türk Cümhuriyyətlərindən olan tələbələr iştirak edirdi.
Tədbirdə Türkiyədən müsabiqəyə qatılmış 16-25 yaş arası gənclər mükafatlandırıldı. 1-ci, 2-ci və 3-cü yer üzrə qaliblərə müxtəlif qiymətli hədiyyələr, diplom və pul mükafatı təqdim olundu. Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.
ŞƏRHLƏR