"əziz bağça"da “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyi və “Loqos” Psixoloji Xidmət və Nitq inkişaf Mərkəzinin təşkilatçılığı ilə 4-9 yaşlı uşaqların koreksiyası üçün “Ana məni bağışla” tamaşası nümayiş edildi.
Təşkil edilmiş tədbirdə PXTiB-nin icraçı direktoru Leyla Kərimova, PXTiB-nin sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova, “Loqos” un Marketinq şöbəsinin əməkdaşı Nuranə Xudiyeva, əziz bağçanın rəhbəri şəlalə Qarayeva , “Ana məni bağışla” tamaşasını təqdim edən Loqosun psixoloq qrupu əziz bağçanın müəllim və uşaq kollektivi iştirak ediblər.
ilk olaraq çıxış edən əziz bağçanın rəhbəri şəlalə Qarayeva qonaqları salamlayıb və belə bir tamaşanın bağçada təşkil edildiyini müsbət qiymətləndirib.
Sonra çıxış edənlər PXTiB-nin icraçı direktoru Leyla Kərimova tamaşanın ssenarisi haqqında məlumat verib və tamaşa nümayiş edilib.
Nümayiş edilən “ Ana məni bağışla” adlı tamaşa uşaqlarda xoş təəssürat yaradıb.
Tamaşanın sonunda xatirə fotosu çəkdirilib.
Belediyye.info