"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Firdövsi Cəbrayılov: “Aksiya vasitəsilə dövlətimizin, xalqımızın yanında olduğumuzu göstərmək istədik”

--2020-04-20 / 14:15

“Biz birlikdə güclüyük” aksiyasına Masallı rayon Bədəlan kənd sakini Firdovsi Cəbraylıov qoşularaq 120 imkansız aztəminatı ailəyə ərzaq yardım edmişdir.

71 saylı Masallı kənd seçki dairəsindən depuatlığa namizədliyini irəli sürmüş, keçmiş Səbail rayon bələdiyyə sədiri Cəbrayılov Firdovsi ibadulla oğlu   Doğma Bədəlan kəndində bu gün xeyriyyə aksiyası keçirtmişdir.

Xeyriyyə aksiyası koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi ilə əlaqədar olaraq Prezident ilham əliyevin çağırışına əsasən həyata keçirilir.Bir neçə gündür ki, davam edən aksiya bu gün Bədalan kəndində baş tutmuşdur.Sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə Bədəlan kəndində və məhəllələrində 120 imkansız aztəminatlı ailələrə ərzaq yardımı edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən mayın 4-dək ölkədə xüsusi karantin rejimi elan edilib. Bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Firdovsi Cəbrayılov tərəfindən xeyriyyə aksiyası  

Ramazan və Qurban bayramları ərəfəsində də davam etdiriləcək.

“Masallının Səsi” qəzetinə açıqlamasında Firdovsi Cəbarıylov bildirmişdir ki, hazırda dünya indiyədək misli görünməmiş COVID-19 pandemiyası ilə üzləşib. Bütün ölkələr bu bəlaya qarşı mübarizə aparır. Ölkəmiz də çətin bir imtahandan keçir. Belə bir vaxtda bir-birimizə dəstək olmağımız çox vacibdir.

Aksiya vasitəsilə indiki çətin vəziyyətdə dövlətimizin, xalqımızın yanında olduğumuzu göstərmək istədik. Bədəlan kəndindədə aksiyanı reallaşdıraraq xalqımızın yanında olduğumuzu bildiririk.Dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bütün bunlara baxmayaraq “COVID 19” virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində Prezident ilham əliyev tərəfindən vaxtında lazımi addımlar atıldı. Görülən bu işlər, dövlət başçısının göstərdiyi diqqət və qayğı ölkə əhalisi tərəfindən də rəğbətlə qarşılanır. Elə bu baxımdan Ölkə rəhbərimiz cənab ilham əliyevə və Masallı rayon icra hakimiyyətin başçısı şahin Məmmədova təşəkkürümüzü bildirirk! Gücümüz birliyimizdədir!”,-deyə Firdovsi Cəbrayılov bildirib.

Mərhəmət Lələyev

ŞƏRHLƏR