"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər Nizami Bələdiyyəsi “şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının on illiyinə” həsr olunan konfransa dəvət edilib

--2023-01-18 / 14:32

Merlər Razılaşması təşəbbüsünə qoşulan Gəncə şəhər Nizami Bələdiyyəsi, Ai tərəfindən maliyyələşdirilən Merlərin Razılaşması – şərq Tərəfdaşlığı (şT-şərq) layihəsi çərçivəsində Tbilisi şəhərində təşkil olunan “şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının onilliyinə ”  həsr olunan konfransa dəvət edilmişdir.
Gəncə şəhər Nizami Bələdiyyəsini təmsil edən Sədr müavini, Dayanıqlı Enerji və iqlim Fəaliyyət Planının (SECAP) hazırlanması məqsəd ilə yaradılan işçi qrupun rəhbəri Leyla Məmmədova öz çıxışında Gəncə şəhəri haqqında və SECAP-ın hazırlaması barədə ətraflı məlumat vermişdir.
Konfransda Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Ai üzv olan digər ölkələrinin 200 nəfərdən çox yerli özünüidarəetmə və hakimiyyət orqanlarının nümayyəndələri iştirak etmişdilər.
Qeyd edək ki, Ai iqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədi ilə irəli sürülüb.
Merlər Razılaşmasının əsas hədəfləri enerji səmərəliliyi tədbirlərini həyata keçirmək, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz emissiyalarını azaltmaq, iqlim dəyişikliklərinə uyğunlaşmada dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, eləcə də təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.

Belediyye.info

ŞƏRHLƏR