ədliyyə Nazirliyinin Göyçay regional ədliyyə idarəsinin inzibati binasında nazirliyin Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ədliyyəsinin 100 illiyi” ilə bağlı “Açıq qapı” günü keçirilmişdir.
Tədbirdə Göyçay şəhər 1 saylı və 6 saylı tam orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbir zamanı “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyi diqqətə çatdırılaraq “Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə-hüquq islahatları, müasir dövrdə ədliyyə sahəsində aparılan islahatlar, eyni zamanda ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə şagirdlərə ətraflı məlumat verilmişdir.
Eyni zamanda idarənin inzibati binasında yaradılan iş şəraiti ilə şagirdlər tanış edilmiş, ədliyyə naziriliyinin fəaliyyət istiqamətləri barədə onlara geniş məlumat verilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış və onlara Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı xatirə hədiyyələri verilmişdir.
Göyçay Regional ədliyyə idarəsi
|
|
|
|
|
|
|