"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

H.Hüseynov: “Bələdiyyələr əsasən kiçik həcmli layihələr həyata keçirirlər ki, bu da ölkəmizdə geniş vüsət almış inkişaf tempi ilə ayaqlaşmır”

--2017-04-26 / 12:24

Xəbər verdiyimiz kimi, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası hesabat yığıncaqlarına hazırlaşır.

Maraqlıdır ki,  assosiasiya sədrlərinin cari ildə bələdiyyələrdən hansı gözləntiləri vardır? Sualmızı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov cavablandırır:

“Görülmüş işlərin təhlili onu göstərir ki, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində fəallıq göstərsələr də, onlar əsasən kiçik həcmli, cari məsələlərin həllinə hesablanmış layihələr həyata keçirirlər ki, bu da ölkəmizdə geniş vüsət almış inkişaf tempi ilə ayaqlaşmır. Bunların başlıca səbəbi əksər bələdiyyələrin güclü maliyyə resurslarına malik olmamasıdır. Yerli büdcənin zəifliyindən bir çox hallarda onlar sosial sifarişlərdən irəli gələn vəzifələrin həlli istiqamətində vətəndaşların müraciətlərində qaldırılan məsələləri təmin edə bilmirlər.

Hesab edirik ki, iqtisadi potensialın gücləndirilməsində əhəmiyyətli tədbirlərdən biri bələdiyyə mülkiyyətinin və maliyyə imkanlarının artırılmasını təmin etməkdir.

inanırıq ki, gələcəkdə bu məsələlər də öz həllini tapacaqdır. əminliklə deyə bilərik ki, cari ildə Azərbaycanda bələdiyyəçiliyin inkişafında, yerli özünüidarə institunun daha da möhkəmlənməsində əhəmiyyətli tarixi mərhələ olacaqdır.

Bu arzuların reallığa çevrilməsi üçün Milli Assossiasiyalar və bələdiyyələr fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaqla aidiyyəti orqanlarla birlikdə yerli demokratiyanın  və yerli özünü idarəetmənin inkişafına  nail olacaqdır.

Belediyye.info

ŞƏRHLƏR