Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin sədri Heyran Kərimovanın Belediyye.infoya verdiyi məlumata görə, bu gün ölkəmizdə bələdiyyələr demokratik, sərbəst, fəaliyyət göstərən bir qurum kimi sosial, iqtisadi, ekoloji problemlərin həllində demək olar ki, dövlətin köməkçisinə çevrilib. Dövlətin bələdiyyələrə verdiyi dəstək, səlahiyyət və qayğısı daha geniş fəaliyyət üçün zəmin yaradır
Sədrin sözlərinə görə, məqsədimiz yerli əhəmiyyətli məsələləri həll etmək, sosial iqtisadi inkişaf proqramına əsasən kəndimizdə abadlıq işləri görməkdir.
Hazırda bələdiyyə büdcəsi - fiziki şəxslərin torpaq vergisindən, həyətyanı və bağ sahələrindən alınan torpaq vergisindən, əmlak vergisindən, bələdiyyə torpağının icarəyə verilməsindən icarə haqqı, dövlət büdcəsindən verilən maliyyə yardımları və dıgər gəlirlərdən ibarətdir:
“Bilirik ki, hər hansı bir qurumun işləməsi üçün vəsaitin olması vacibdir. Bizim bələdiyyənin büdcə məsələləri də yerli əhalidən asılıdır. əhali ilə qurduğumuz birgə işin nəticəsində, buna müəyyən qədər nail ola bilirik. Vətəndaşlardan torpaq və əmlak vergisinin vaxtında ödənilməsi təmin olunub.
Bələdiyyənin imkanı daxilində məhəllədaxili yolların bəzi hissələrinə şlaq, daş qırıntıları tökülərək yayılıb.”
Bələdiyyəyə daxil olan ərziə və şikayətlərə gəlincə altı ay ərzində bələdiyyəmizə ümumilikdə ayrı-ayrı vətəndaşlar tərəfindən 181 ədəd müxtəlif məzmunda ərizələr və müxtəlif idarələr tərəfindən 96 ədəd məktub daxil olub.
Sədrin sözlərinə görə, Kürdəxanı Bələdiyyəsi qəsəbənin sosial-iqtisadi inkişafında, ictimai həyatında yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.
Belediyye.info