Səbayel rayonu Badamdar bələdiyyəsi fəaliyyətinin son 6 ayı ilə bağlı hesabatını açıqlayıb. Bələdiyyə sədri Həbib əsədovun belediyye.info saytına verdiyi məlumata görə, ötən müddət ərzində bələdiyyə tərəfindən hüzn və əlamətdar günlərdə çoxsaylı tədbirlər həyata keçirilib. Novruz bayramı ilə əlaqədar olaraq Badamdar bələdiyyəsi tərəfindən 300 sakinə bayram payı verilib və əsgərlər üçün N saylı hərbi hissədə tədbir təşkil olunub. Ramazan ayı ilə əlaqədar olaraq bələdiyyənin maliyyəsi hesabına 600 nəfər üçün müxtəlif vaxtlarda iftar süfrələri təşkil edilib. Eyni zamanda hesabat dövründə müəyyən fənn üzrə qızıl və gümüş medal alan 3 şagirdə son zəng günündə pul mükafatı və fəxri fərman təqdim edilib.
Sədrin sözlərinə görə, bələdiyyə tərəfindən 7 nəfər qəsəbə sakinlərindən imkansız, tənha, şəhid ailəsinə maddi yardım göstərilib.
Ötən müddət ərzində məhəllə komitələri ilə 6 dəfə görüş keçirilib.
Abadlıq işlərinə gəlincə, bələdiyyəyə ayrılmış dotasiya hesabına Badamdar qəsəbəsi, T.Məmmədov 9 ünvanındakı binanın abadlıq və təmir işlərinə 15 min manat vəsait xərclənib. Bununla yanaşı “Abad məhəllə” layihəsi çərçivəsində iki məhəlləinin abadlaşdırlması həyata keçirilib.
H.əsədovun sözlərinə görə, bələdiyyə altı ay ərzində 55 min manata yaxın maliyyə vəsaiti toplaya bilib. Bu vəsait iki əsas istiqamətdən daxil olub. Torpaq və əmlak vergisindən başqa maliyyə istiqamətlərindən istifadə edə bilmədiklərini deyən sədr, yerlərdə paralel idarəçilik məqamlarının olduğunu da dilə gətirdi. Hazırda ərazidə iki mənzil kommunal istismar sahəsinin olduğunu deyən Habil əsədov onlarla əməkdaşlıq əlaqələrinin lazımı səviyyədə olduğunu bildirdi. Lakin maraqlı hal ondadır ki, bələdiyyə əhalinin etmadını qazandığından hər hansı bir çətinliklə üzləşən kimi sakinlər məhz bələdiyyə müraciət etməyə üstünlük verirlər.
əgər sənədsiz mənzillərə hüquqi statusun verilməsindəki prosedurlar sadələşdirilərsə əhalinin də bu prosesə marağı artar. Sənədləşdirmə prosesindəki çoxsaylə mərhələlərin ləğv edilməsi, habelə bu istiqamətdə olan tariflərə yenidən baxılmasına ehtiyac vardır.
Bu gün 970 ha-lıq inzibati ərazimizdə rəsmən 25 min nəfərə yaxın sakin qeydiyyatda olsa da, faktiki olaraq qəsəbəmizdə 45 min nəfər yaxın vətəndaş yaşayır. ərazimizdə 2 minə yaxın sənədsiz mənzilin sənədləşdirlməsi nəticəsində yerli büdcəyə kifayət qədər vəsaitin daxil olması deməkdir. Üstəlik bələdiyyə mülkiyyətin verilməsinin ləngiməsidə nəticə etibariylə yerli büdcəyə maliyyə vəsaitinin daxil olmasına və əlavə layihələrin icrasına maneə yaradır.
Sədrin sözlərinə görə, bələdiyyəmiz bütün vasitələrdən istifadə etməklə yerli büdcə gəlirlərini artırmaqla əhalinin qarşılaşdığı problemlərin azaldılmasına bundan sonrada çalışacaqdır.
Belediyye.info