"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hacı əliyev: “Mövcud şərait vergi yığımına ciddi yanaşmağı tələb edir”

--2021-07-02 / 18:38

Açıq etiraf edim ki, bələdiyyələrin bugünkü fəaliyyəti cəmiyyətdə heç də birmənalı qarşılanmır. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri vardır. Müşahidələrdən belə qənaətə gələ bilərik ki, əgər bələdiyyədə sədr və üzvləri yerindədirlərsə, seçicilərinə verdiklərin sözün icrasıyla məşğuldurlarsa o bələdiyyə inkişaf edir, çətinliklərə də birgə sinə gərirlər.

Hörmət etdiyim bələdiyyə üzvlərindən olan Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminovun sözləriylə desəm ləyaqəti, cəsarəti və ədaləti olan sədrlər bu qurumun inkişafına bir növ fəaliyyətləriylə təkan verirlər. Və ən əsası formalaşdıqları ərazidə bu bələdiyyənin hörməti, nüfuzu və çəkisi yüksək olur.

Onu da etiraf etməliyəm ki, hazırda təcrübəsi paylaşıla biləcək bələdiyyələrimiz barmaqla sayılacaq səviyyədədir. Lakin bu bələdiyyələrdə bu yüksək səviyyəyə çatınca müəyyən çətin və gərgin mərhələdən, obrazlı desəm həyatın dolanbac yollarından keçməli olublar. Onu da əlavə edim ki, hazırda həmsöhbətim olan bələdiyyənin üzvlərinə ölkə başçısı cənab ilham əliyev səs verib. Odur ki, şəhərin mərkəz bələdiyyəsi olaraq Səbail bələdiyyəsinin üzvlərinin üzərinə ciddi məsuliyyət yükü düşür.

Həmsöhbətim şəhərin mərkəz bələdiyyəsi sayılan Səbail bələdiyyəsinin sədri Hacı əliyevdir. əvvəlcədən deyim ki, söhbətimiz maraqlı alındı. Bələdiyyə sədrinə ünvanladığım maraqlı suallara sədrin maraqlı cavablarını oxucuların müzakirəsinə verirəm.

-Artıq ilyarımdır ki, bələdiyyə sədri kimi fəaliyyət göstərirsiniz. ilk olaraq bələdiyyə sistemində hansı problemin həllinə üstünlük verərdiniz?

-  Azərbaycan bələdiyyələrin əsası Ulu Öndər Heydər əliyevin zamanından qoyulub və bu günümüzə qədər uğurlu yol keçib. Bu gün bələdiyyələrin illər keçdikcə, müasirləşdikcə müəyyən problemlər üzə çıxmağa başlayır. ilk öncə bələdiyyələrin vergi sistemində, vergi yığılmasında müəyyən problemlər var. Bunların ən başlıcası vergi ödəyicisinin bələdiyyə vergilərinə qarşı biganə yanaşmasıdır. Bununda əsas səbəbi kimi bələdiyyələrin vergi ödəyicilərinin vergidən yayındıqda yerində inzibati tədbir görülməsi şansının olmamasından qaynaqlanır. Digər bir bələdiyyə problemi isə müasir informasiya sistemindən bir çox bələdiyyələrin istifadə etməməsidir. Azərbaycanda 1606 bələdiyyə formalaşıb. Lakin o bələdiyyələrin neçə faizi hazırda sosial mediadan istifadə edir? Pandemiya şəraiti bir daha müasir innovativ yanaşmaların zəruri olduğunu göstərdi. Düşünürəm ki, Səbail bələdiyyəsi bu müasir və innovativ yanaşma, bələdiyyə-vətəndaş əlaqələrinin qurulmasında operativliyin və sürətli yanaşma üzrə ilk sıralarda gedir. istər sosial media, istərsə də vətəndaş müraciətlərinin baxılması bələdiyyənin əsas prioritetlərindəndir. Çünki dünya sürətli inkişaf edir. Bələdiyyələrdə özlüyündə bu inkişafa ayaq uydurmalıdır.

-Pandemiya dövründə tətbiq edilən qadağalar və məhdudiyyətlər nəticə etibariylə bələdiyyə büdcəsinin gəlirlərinə də mənfi mənada təsir etmiş oldu. Sizin sədr olduğunuz bələdiyyədə bu proses necə keçdi?

-Pandemiya həm ölkəmiz, həm də dünyamız üçün olduqca çətin bir dövr oldu. şübhəsiz bunun yan təsirlərindən ən böyüyü bələdiyyələrə oldu. Vergi yığımı 60 faizin üzərində azalma oldu. Bələdiyyə büdcəsi üçün 60 faiz azalma ciddi rəqəmdir. Lakin nə qədər çətin olsada düşünürəm ki, ölkə rəhbərliyinin qətiyyətli addımları nəticəsində pandemiyanın ağır dövrünü geridə qoyaraq yenidən daha sürətli inkişaf yoluna qədəm qoyuruq. Bu eyni zaman Vətən müharibəsindən də qalib ölkə zəfər qazanmağımızda bu inkişafa böyük töhvələr verməkdədir. Vətən müharibəsində şəhidlərimizə rəhmət diləyir onların yaxınlarına baş sağlığı verir , qazilərimizə şəfa diləyirik. Səbail bələdiyyəsi olaraq hər zaman şəhid ailələri və qazilərimizin yanındayıq.

-          Bələdiyyədə vergi sistemi necə qurulub? Nə kimi yeniliklərin tətbiq edilib, həyata keçirilib və ya keçirilməkdədir?

-          Bələdiyyələrin vergi sistemi demək olar ki, ölkə üzrə eynilik təşkil edir. Bildiriş hazırlanır vergi ödəyicisinə verilir. Yenilik isə əsas olaraq bələdiyyənin elektron vergi sistemində aparılır. Yeni vergi ödəyiciləri cəlb olunur, uzun illərdir vergi ödəməkdən yayınanlar bələdiyyə üzvlərinin iclasının qərarı ilə icra şöbəsinə göndərilir. Mənim sədrliyimdən ömcə illərdə bələdiyyə büdcəsində axsamalar olmadığı üçün bu o qədər ciddi yanaşılmayıb. Lakin pandemiya şəraiti vergi yığılmasına ciddi yanaşmağı məcburi etdi. Bu sahədə də fəaliyyətimiz ciddi şəkildə və strateji proqrama uyğun davam edir.

- Bələdiyyə üzvü olaraq bələdiyyələrin dayanıqlı maliyyə gəlirlərinin yaranması üçün hansı təklifləriniz var?

- Bələdiyyələrin dayanıqlı maliyyə gəlirləri ilə bağlı bələdiyyələrin yerləşdiyi ərazilərdən çox asılıdır. şəhər bələdiyyələrində əkinçilik, maldarlıq şəraitinə imkan yoxdur. Lakin tədris mərkəzləri, peşə kursları açmaları və istehsal sahələri yaratmaq üçün düşünürəm ki, şərait var. Bizdə bundan istifadə edərək bələdiyyənin nəzdində kurs fəaliyyətə başlayıb. Bununda gələcək üçün maliyyə dayanağı olacağını düşünürük.

-Bələdiyyə üzvünün statusu sizi bu gün qane edirmi?

-  Statusun genişləndirilməsində fayda görürəm. Təbi ki, bu qısa zamanda olacaq iş deyil. Qanun layihəsi hazırlanmalı onun digər qanunverici aktlara uyğunluğu yoxlanılmalı və s uzun prosesdir. Lakin bələdiyyə üzv və qulluqçularının statuslarının genişləndirilməsi, müəyyən güzəştlər tətbiq edilməsi düşünürəm ki, bələdiyyələrin gələcək fəaliyyəti üçün daha məqsədə uyğundur

- Pandemiya və Vətən Müharibəsi dövründə bələdiyyələr hansı maarifləndirmə işləri həyata keçirib?

- Pandemiya hazırda dünyamız üçün, insanlar üçün böyük təhlükə olaraq qalmaqdadır. Pandemiya bütün sahələrdə olduğu kimi bələdiyyələrin də fəaliyyətin böyük çətinliklər yaratdı. Bunun da ən başlıcası böyük maliyyə çətinlikləri yaratdı. Pandemiya şəraiti nə qədər çətin olsada Səbail bələdiyyəsi olaraq vətəndaşların bu bəladan uzaq qalması üçün bütün zəruri addımlar atıldı və bu gündə davam etdirilir. Bunlara misal olaraq əsasən Səbail rayon icra hakimiyyəti, icra nümayəndəlikləri ilə birgə mobil qruplar yaradıldı. əhalinin sıx toplaşdıqları ərazilər, ictimai-iaşə obyeklərində mütəmadi vətandaşların maarifləndirmə işləri həyata keçirilir.

Vətən müharibəsi Azərbaycanımızın, eyni zaman da ölkənin hər bir Vətənaşının zəfəri yaşadığı, bu zəfərə gedən yolda yumruq kimi birləşdiyi 44 günlük zəfər yürüşündə şübhəsiz bələdiyyələrində payı var. Səbail bələdiyyəsi bu cəhətdən bir qədər öndə olduğunu vurğulamaq istəyirəm. Vətən müharibəsinin başladığı 27 sentyabr tarixindən başlayaraq, Səbail bələdiyyəsi hər bir əsgər ailəsi, şəhid və qazi ailəsi ilə demək olar ki hər gün əlaqə saxlanırdı, onların ehtiyacları çətinlikləri öyrənilib yerində həll edilməyə çalışırdı. Bunun üçün mobil qruplarda yaradılmışdı. 44 gün ərzində gücləndirilmiş iş rejiminə keçilmişdi, 724 fəaliyyətən göstərən qaynar xətt yaradılmışdı. Vəzifəsindən aslı olmayaraq bələdiyyəmiz 44 gün də böyük işlər görüldüyünü deyə bilərik. əhalinin motivasiyasının hər zaman yüksək saxlanılması məqsədiylə bayraq aksyası keçirildi ki, 1000 ədəd Türkiyə və Azərbaycan bayraqları Səbail bələdiyyəsinin mərkəzi ərazilərinə asıldı. Müharibə dövründə Azərbaycana qarşı qərəzli mövqe tutan, erməni lobbisinin təsiri altında qərarlar qəbul edən dövlətlərə qarşı etiraz məktubu göndərildi. Gəncə və Tərtərdə erməni terrorunun tanıdılması ilə bağlı olaraq insan haqları təşkilatlarına və bir çox qurumlara məktublar göndərildi. Erməni təbliğatının qarşısının alınması məqsədiylə işlərimizi hər zaman davam etdirəcəyik. Vətən müharibəsi ordumuzun, xalqımızın Ali Baş komandanımızın qələbəsi idi. Bu qələbədə bələdiyyəmizində kiçik payının olması həqiqətən qürurvericidir.

-Vətəndaşlarla iş zamanı bələdiyyələr bu gün hansı çətinliklərlə üzləşir və ya bu çətinliyin öhdəsindən necə gəlir?

- Vətəndaşlarla işləmək hər zaman xüsusi diqqət, nizam-intizam və ən əsası səbr tələb edir. Çünki hər xasiyyətdə insanla qarşılaşırsan. Bəzən vətəndaşlar çox əsəbi və gərgin olurlar. Bələdiyyənin səlahiyyəti xaricindəki məsələ ilə bağlı müraciət etdikdə onlara bildirildikdəki bu bizim səlahiyyətimiz xaricindədir çox sərt şəkildə reaksiya bildirirlər. Buna baxmayaraq hər zaman vətəndaşlara mülayim şəkildə yanaşılaraq hər zaman müraciətlərinin ən tez zaman da həlli üçün çalışırıq. Səbail bələdiyyəsi üçün əsas məsələ vətəndaş-bələdiyyə əlaqələrinin möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun qazanılmasıdır.

Beeldiyye.info

ŞƏRHLƏR