"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həmkarlar təşkilatı Maliyyə nazirliyinə müraciət edib: “Bələdiyyələrə dotasiyanın verilməsi sürətləndirilsin!”

--2020-04-13 / 15:30

Bu gün ölkəmizdə koronovirusla ciddi müabrizə aparılır. Bununla bağlı Nazirlər Kabinetinin yanında Operativ qərargah yaradılmış, həmçinin ölkə başçsının sərəncamıyla Koronovirusla müabrizə Fondu yaradılmışdır.

Bu günlərdə Nazirlər Kabineti koronavirusla mübarizə ilə bağlı dövlət proqramını təsdiq etmiş oldu. Atılan bütün addımlarda ölkəmizdə formalaşan 1606 bələdiyyəinin də öz yeri və dəstəyi var.

Lakin karantin dövründəki müəyyən məhdudiyyətin olması bələdiyyələrin ciddi maliyyə problemi ilə üzləşmək məcbuiyətində qalacaqlarını indidən ehtimal etmək olar.

Odur ki, bələdiyyələrin qarşılaşdığı maliyyə problemlemini aradan qaldırmaq və maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş dotasiyanın verilməsinin bir qədər əvvələ çəkmək təklif olunur. Bununla bağlı redaksiyamıza Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin maliyyə naziri Samir şərifova rəsmi müraciəti daxil olub.

Müraciətdə deyilir:

“Yeni növ koronavirus (KOViD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən müvafiq profilaktik tədbirlər görülməklə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində 20aprel 2020-ci il tarixədək xüsusi karantin rejimi elan olunmuşdur.

Xüsusi rejim qaydalarına əsasən koronovirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ticarət, turizm, ictimai iaşə, yerli özünüidarəetmə orqanlarında və s. sahələrdə xüsusi iş rejimi tətbiq olunmuş, əhalinin sosial təcrid olunması təmin edilmişdir.

Hazırda rayon icra hakimiyyətlərinin təşkilatçılığı və bələdiyyə sədrlərinin iştirakı ilə yaradılan mobil qruplar hər gün sakinlərlə maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları bir daha sakinlərin nəzərinə çatdırırlar.

Yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı əmək müqavilələrinin ləğv edilməsinə, işçilərin ixtisar edilməsinə qoyulan moratorium, pandemiyaya qarşı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər təbii olaraq yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətinə də təsirsiz ötüşmür.

Mövcud qanunvericiliyin tələblərinə əsasən bələdiyyə büdcəsi əsasən sakinlər tərəfindən ödənilən yerli vergilər hesabına formaşır. indiki şəraitdə yerlərdə vergi daxilolmaları yox səviyyəsinə düşmüş, bələdiyyələr ciddi maliyyə problemi ilə üzləşmişlər.

“Evdə qal, sağlam ol” xüsusi karantin rejimiminin tələblərini yerinə yetirən bəzi bələdiyyələr mart ayı üçün işçilərə əmək haqqı verə bilməmişlər. Yaranmış problem aprel ayı üçün də hesablanacaq əmək haqqlarının bələdiyyə büdcəsindən verilməsini qeyri mümkün edir.

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı öz fəaliyyət dairəsinə uyğun olaraq bələdiyyə qulluqçularının əmək şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və yerli özünüidarəetmə orqanlarının sosial tərəfdaşı olaraq qeyd edilənləri nəzərinizə çatdıraraq respublika bələdiyyələrində mövcud sosial problemlərin həlli üçün dövlət tərəfindən ayrılması planlaşdırılan dotasiyanın aprel ayında verilməsinə köməklik göstərməyinizi xahiş edir.

ABiH ittifaqının Respublika Komitəsinin sədri      Məhərrəm Xəlilov.”

ŞƏRHLƏR