“Binəqədi rayonu Biləcəri bələdiyyəsinin əsas məqsədi qəsəbənin təmizliyini diqqətdə saxlmaqla əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır”- bu fikirləri Belediyye.info saytına Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bildirib. Son bir həftə ərzində qəsəbənin Ordubadi küçəsində əməkdaşlarımız ərazinin təmizliyini bərpa etmişlər.
”əməkdaşlarımız daim ərazimizin təmizliyi üçün çalışırlar. Mütəmadi olaraq Biləcəri bələdiyyəsinin sədr müavini Sahib Nağdəliyev və Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə məsləhətçi-mühəndis Osman Qasımov ərazidə olaraq görülən işlərə nəzarət edirlər.”
Qəsəbə ərazisində ki parklarda yaşıllıqların səliqəyə salındığını qeyd edən sədr ilk növbədə "20 Yanvar" parkında yaşıllıqların səliqəyə salındığını bildirib.
Maraqlı məqama toxunan sədr Belediyye.infonun əməkdaşıyla söhbətində Bakı-Sumqayıt yolunun kənarında hündür təpənin üzərindəki sıradan çıxmış mexaniki əqrəbli saat gecə saatlarında əməkdaşlarımız tərəfindən tam təmir edilərək istifadəyə verildiyini qeyd etdi.
Hər həftə iməcilik keçirildiyini qeyd edən H.Quliyev belə tədbirlərdə çoxsaylı vətəndaşların və könüllülərin də qatıldığını dilə gətirdi. Məhz belə tədbirlərdə M.Hüseynzadə və A.Zeynallı küçələrindəki yolkənarı daş hasarların üzərindəki taxta dekorasiyalar əməkdaşlarımız tərəfindən yenidən rənglənmiş, sıradan çıxmış konteynerlər istifadəyə verilməsi üçün əməkdaşlarımız tərəfindən təmir edilmişdir. Bundan əlavə Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən körpünün işıqları əməkdaşlarımız tərəfindən yeniləri ilə əvəz edilmişdir.
Qəsəbədə görülən ən son işlərə toxunan sədr sonda dövlət strukturlarının bu işlərdə yaxndan iştirak etdiyini bildirdi. Belə ki, Y.Hüseynov 1 ünvanında qrunt sularının ətrafa yayılması ilə əlaqədar olaraq Biləcəri Qəsəbə inzibati ərazi Dairəsi üzrə nümayəndəsi ibad ibrahimov və Biləcəri bələdiyyəsinin rəsmiləri "Azərsu" ASC-nin məsul işçiləriylə ilə birlikdə adıgedən əraziyə baxış keçirərək problemin birgə həli yollarını müəyyən ediblər.
Hazırda hər iki strukturun təsmşiləri problemin aradan qaldırılması üçün müvafiq orqanlarla məsləhətləşmələr aparır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|