"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov: “Bu gün bələdiyyələr bəzi məqamlarda üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmirlər”

--2015-07-12 / 01:11

Bu fikri Belediyye.info saytına  Azərbaycan Qəsəbə Bələdiyyələri Assosiasiyasının və  M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov deyib. Onun sözlərinə görə, yeni seçilmiş bələdiyyə sədrlərinə ağır bir miras qalıb. əksər bələdiyyələrin DSMF-yə ciddi borcları var.  Yığılan vəsaitlər borcların silinməsinə yönəlir. Nəticədə maliyyəsizlik ucbatından yeni seçilmiş bələdiyyə sədrləri əhalini narahat edən məsələlərin həllində çətinlik çəkir. Narazılıqda elə buradan yaranır. Bu problemin birlikdə qaldırmalı və ictimailəşdirməliyik ki, yeni seçilmiş bələdiyyə üzvlərinə bu cür ağır miras bundan sonra qalmasın.

Bələdiyyələr üçün ikinci  ən ağır məqam onların ard-ardınca torpaqsatan orqan kimi təqdim edilməsidir. Təəssüf edirəm ki, bəzən bu ittihamlar yüksək tirbunalardan səslənir. Nəzərə alsaq ki, 2007-ci ildən bələdiyyə qanunvericilik qaydasında torpaq satışıyla məşğul olmur və torpaqlar yalnız hərrac və müsabiqə yolu ilə satılır,  onda bu ittihamların heç biri məntiqə söykənmədiyini görə bilərik.

Ancaq bir məqamı da unutmaq ki, ittihamların yaranmasında bəzi bələdiyyə sədrlərinin də rolu var. Belə ki, bütün fəaliyyət sənədləşdirməklə arxivləşdirilməli olduğu halda, yeni seçilən bələdiyyə sədrləri arxivin olmamasından sui-istifadə edərək bəzən köhnə tarixlə sənədlər imzalayırlar. Məhz               bu məqam  cəmiyyətdə bu cür fikirlərin yaranmasına rəvac verir.

Cari ilin yanvar ayından əmlak vergisnin yığımında yenilk tətbiq edildi. Artıq şəffaflıq prinsiplərinin qorunması üçün bütün ödənişlər poçt və bank vasitəsiylə həyata keçirilir.  Bu sahədə ciddi çətinliklərin olduğu deyilsə də, bizim təmsil olunduğumuz Binəqədi rayonunun beş  bələdiyyəsinin gəlirləri əvvəlki illərlə müqayisədə bir xeyli artıb. M.ə.Rəsulzadə bələdiyyəsi otən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə əmlak vergisi üzrə 70 min manat əlavə vəsait toplaya bilib. Ümumiyyətlə borcların yığılmasına diqqətli olmalıyıq. Məhkəmə vasitəsiylə bir şox borcların yığılmasına nail olmuşuq. Bələdiyyə sədrləri bütün vasitələrdən istifadə etməklə maliyyə vəziyyətlərini nizama salmalıdırlar.

Belediyye.info

ŞƏRHLƏR