"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov: “Təsərrüfat subyektlərini qurmaq üçün müəyyən maliyyə lazımdır”

--2015-08-31 / 19:29

“Bələdiyyənin maliyyə əsasını əmlak, torpaq vergisi təşkil edir və qanuna müvafiq olaraq da əhalidən toplanır”. Bu fikirləri Belediyye.info saytına açıqlamasında Binəqədi rayonu Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov deyib. Onun sözlərinə görə, avqustun 15-ə qədər əhaliyə tədiyə bildirişi paylanılıb. Avqustun 15-dən noyabrın 15-dək isə sakinlərimiz əvvəlki illərdən fərqli olaraq, poçt, yaxud da bank vasitəsilə ödəniş aparacaqlar. Rəsulzadə bələdiyyəsi olaraq biz də ödənişlər çox normal şəkildə gedir, hər ay icra 80-90 faiz yerinə yetirilir.

Təbii ki, maarifləndirmə işləri saytımız vasitəsilə aparılıb. Eyni zamanda 5 Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə 18 kütləvi-informasiya vasitəsinin iştirak ilə tədbir keçirib. Bir sözlə, yeni qaydalar qəbul olunduğu gündən biz maarifləndirmə işləri aparırıq və bu gün onun da nəticəsini görürük. əgər biz maarifləndirmə işi aparmasaydıq çox çətin olardı”.

H.Hüseynov bildirib ki, dayanıqlı maliyyə mənbələri əldə etmək üçün bələdiyyələr özlərinin təsərrüfatlarını yaratmalıdır. Onun sözlərinə görə, bunu mağaza kimi, kimi bələdiyyə çörək evi və sair kimi düşünənlər var: “Bununla əlaqədar bizim təkliflərimiz var. Həmin o təsərrüfatın yaradılması üçün maliyyə mənbəyi lazımdır. Hazırki durumda əmlak və torpaq vergisindən gələn maliyyə ilə ancaq işçilərimizin əmək haqqını ödəyə bilirik, son vaxtlar Rəsulzadə bələdiyyəsi olaraq tullantıların toplanmasını həyata keçiririk və bir neçə sosial layihələr həyata keçiririk. Təbii ki, dayanıqlı maliyyə mənbələri əldə etmək üçün təsərrüfat subyektlərini qurmağa görə müəyyən maliyyə lazımdır. Hazırda layihəmiz var və onu həyata keçirməyi düşünürük. Amma konkret olaraq, Rəsulzadə bələdiyyəsinin dayanıqlı maliyyə mənbəyi olacaq hər hansı bir təsərrüfat obyekti hələ ki yoxdur”.

 Bələdiyyə sədri qeyd edib ki, özünüidarəetmə orqanı olaraq müvafiq icra hakimiyyəti qurumları ilə əməkdaşlıq edirik: “Müvafiq icra hakimiyyəti orqanı dedikdə, təkcə rayon icra hakimiyyətini nəzərdə tutmuruq, buraya ədliyyə Nazirliyiınin Bələdiyyələrlə iş Mərkəzi, Prezident Administrasiyasında Bələdiyyələrlə iş sektoru, nazirliklər və digər qurumlarla əməkdaşlıq edirik. Son vaxtlar koordinasiyanın qurulması, bələdiyyələrin işinin daha da yaxşılaşdırılması üçün nə ilə bağlı müraciət etmişiksə, bizə köməkliklər olub..”

Bəxtiyar Məmmədli  

ŞƏRHLƏR