“"Bələdiyyə günü"nün təsis edilməsi bələdiyyə sistemində çalışan hər bir şəxs üçün sevindirici hal ola bilər. Bu həmdə sistemdə çalışanlar üçün stimuldur. Belə bir günün qeyd edilməsi uzun illərdir bələdiyyə sisteminin qurulmasında xidməti olan hər kəsin fəaliyyətinə həm də bir qiymət verilmiş olar”-bu fikirləri Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin “Bələdiyyə qulluqçularının peşə bayramı” ilə əlaqədar ictimailəşdirdiyi məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bələdiyyə qulluqçularının, habelə üzvlərinin 25-30 % ilk seçikərdən bu sistemdə çalışır. Müəyyən təcrübə qazanıblar. Düşünürəm ki, belə bir addım atılması müsbət qiymətlərilməlidir.
Belediyye.info