"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ibrahim Karaosmanoğlu: “Azəri qardaşlarımızın acısı acımız, sevinci sevincimizdir”

--2018-01-17 / 17:49

Xəbər verdiyimiz kimi, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Nümayəndə heyətinə Türk Dünyası Bələdiyyələr  Birliyinin idarə Heyətinin üzvü, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənov daxildir.

Türk Dünyası Bələdiyyələr Birliyinin yaydığı məlumata görə, bu gün Türk Dünyası Bələdiyyələr Birliyi ilə (TDBB) ilə Azərbaycan şəhər Bələdiyələr Birliyi arasında işbirliyi Protokolü imzalanıb.

əməkdaşlıq protokolunu Türk Dünyası Bələdiyyələr Birliyinin Prezidenti, Kocaeli Böyükşəhər  Bələdiyyəsinin sədri ibrahim Karaosmanoğlu  və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev imzalayıb.

imzalanmadan sonra ibrahim Karaosmanoğlu  özünün Twitter səhifəsində maraqlı status paylaşıb:

“iki dövlət bir millət olan Azərbaycan və Türkiyə hər daim qardaş bir olkə olacaqdır. Azəri qaraşlarımızn acısı acımız, sevinci sevincimizdir”

Mərasimdə Təmraz Tağıyev çıxış edərək, iki qurum arasında əməkdaşlıq əlaqələrinin bundan sonra daha böyük zirvədə oalcağına,  birgə yeni və məzmunlu layihələrin icra ediləcəyini vurğulayıb:

“inanıram ki, müqavilə imzalandıqdan sonra qardaş ölkələrin bələdiyyələri arasında qarşılıqlı əməkdaşlıq daha da inkişaf etdiriləcəkdir.”

Belediyye.info

ŞƏRHLƏR