"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçılarının həbsi - BiZi REGiONAL iDARəETMəYə DOÄžRU YAXINLAşDIRIR

--2020-08-20 / 17:57

Artıq altı rayonun icra başçısı “icəridədir”. Özləriylə də bir çox məmurları aparıblar. Rüşvətə sevgiylə yanaşmaları onlara baha başa gəlir və gələcək. Onların rüşvət üstündə içəridə olmaları isə hər halda ailəsi üçün, ətrafı üçün qara bir ləkədir.

Bu gün dörd rayonun- Saatlı, Biləsuvar, Bakının Nizami və Kürdəmir RiH başçısı vəzifəsi də boş qalıb.

Yəqin ki, bu siyahının ilin sonunadək artma ehtimalı çoxdur. indi həbs edilən rayonların bələdiyyələri görün nə vəziyyətdə qalıblar. Bu gün həbs edilən siyasi rəhbərlərin hesabına bu rayonların bələdiyyə sədrlərinin böyük əksəriyyəti borcun xərcin içində batır.

inanıram ki, vəziyyət düzələcək. Ancaq əvvəlki tək olmayacaq. Yəni bu həbslər, etiraf edək ki, icra strukturunun çəkisinə, sakinlər arasında hörmət və nüfuzuna ciddi zərbə vurur və vurmaqda da davam edir. BELə DAVAM ETSə BU STURUKTURLARDA iSLAHAT QAÇILMAZ OLACAQ. Və HəR BiR HəBSLə SANKI REGIONAL iDARəETMəYə BiR ADDIMDA YAXINLAşIRIQ.

Beləliklə, hər tərəfə "əl gəzdirilməli", sistem naqis, nankor məmur və siyasi rəhbərlərdən təmizlənməli və bu idarəçilik sisteminə yeni nəfəs verilməlidir. Lakin...

Məni düşündürən və cavabsız qalan bir sual var? Bu siyasi rəhbərləri kim birinci şəxsə təqdim edib? indi onlar nə düşünür?

Onları da birinci şəxs qarşısında utanc vəziyyətində qoyduqlarına görə bu siyasi rəhbərlər heç xəcalət hiss keçirirlərmi. Kürdəmirin bir nömrəli rüşvətxoru inzibati binadan ayrılanda hələ bir utanmaz-utanmaz əl də yelləyir...

Təklif edərdim ki, bu məsələlər çox uzanmasın. Onsuz da həm yuxarıda, həm aşağıda kimin kim olduğunu hər kəs yaxşı bilir. Elə bir nəfəsə hamısını həll etsinlər.

Vüqar Tofiqli

ŞƏRHLƏR