28 iyul tarixindən başlayaraq Binəqədi Rayon icra Hakimiyyəti ilə rayon ərazisində yerləşən 5 bələdiyyə arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı keçirilən seminar – müşavirə öz işini yekunlaşdırıb. Bu barədə Belediyye.infoya daxil olan məlumatda deyilir ki, seminar-müşavirənin yekunu olaraq bələdiyyə sədrləri və bələdiyyələrdə yaradılan “ictimai və humanitar” sektorun rəhbərləri ilə görüş keçirilib.
Keçirilən görüşdə Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, rayon ərazisində yerləşən 5 bələdiyyə sədrləri və bələdiyyələrdə yaradılan “ictimai və humanitar” sektorun nümayəndələri iştirak ediblər.
Görüşü açıq elan edən Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva Binəqədi bələdiyyələri ilə rayon icra hakimiyyəti arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı keçirilən seminar – müşavirənin işini yüksək qiymətləndirmiş və görüşlərin yekunu olaraq bələdiyyələrdə “ictimai və humanitar” sektorun yaradılmasının mühüm əhəmiyyətini vurğulayıb.
Daha sonra bələdiyyə sədrləri çıxış edərək sektorun qarşıya qoyduğu hədəflər və görülməsi nəzərdə tutulan təkliflər haqqında fikir mübadiləsi aparıblar.
Diqqətə çatdırılmışdır ki, bu sektorların yaradılması bələdiyyələrlə sakinlər arasında əlaqələri artıracaq, keçirilən sosial layihələr yerli özünüidarəetmə orqanının cəmiyyətdə nüfuzuna öz müsbət təsirini göstərəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|