Bu günlərdə Bakının Nəsimi rayonu ərazisində, şevçenko və Koroğlu parklarnın yaxınlığındakı avtobus dayanacaqlarında quraşdrılan “MilliON” ödəniş terminalları sökülüb. ərazidə yaşayan sakinlərin Belediyye.infoya verdiyi məlumata görə, hər iki terminal oğurlanıb. Ancaq bəzi sakinlərin sözlərinə görə, həqiqətən terminallara soyğunçuluq məqsədiylə cəhd edilib. Lakin heç nə əldə etməyən şəxslər terminalı yararsız vəziyyətdə qoyub qaçıblar. Məhz terminallar yararsız vəziyyətə düşdüyündən sökülərək düzəldildikdən sonra yerinə qaytarılacağı deyilir. Ancaq bu addımın nə vaxt atılacağı barədə heç kimdə məlumat yoxdur.
Məsələ ilə əlaqədar “MilliON” ödəniş sisteminin qaynar xəttinə (*0010) zəng edib, məsələ ilə suallarımızı operatora ünvanladıq. Sualımıza cavab evrən xanım operator bildirdi ki, avtodayanacaqlarda quraşdırılan “Milliön” terminallarının dislokasıyasını “BakıKart” ödəniş sistemi müəyyən edir. Yalnız onların sifarişi ilə terminallar quraşdırılır və ya sökülür. Deyilən ərazidəki terminalın sökülməsiylə bağlı bizdə hər hansı məlumat yoxdur. Xanım operator bizə “Bakıkarta” müraciət etməyi tövsiyə etdi.
Uzun zənglərdən sonra məsələyə (*4343) “Bakıkart”da sualımız cavab verən xanımn operator “biz bu işlə məşğul olmuruq, onların özlərinə müraciət” etməyi təkidlə bildirdi.
Fakt odur ki, ərazidə iki terminal yoxa çıxıb. Və nəticədə sakinlər ciddi şəkildə əziyyət çəkirlər.
P.S. Mövzunu diqqətdə saxlayacağıq
Belediyye.info