sorğu
Suraxanı rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasovun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” 1,2, 3 yaşayış sahəsi üzrə ünvanda sakinlərlə növbəti səyyar görüşü keçirilib.
Görüşdə mərkəzi icra orqanlarının yerli idarələrinin və xidmət sahələrinin və Qaraçuxur bələdiyyəsinin sədri iştirak edib.
Görüşlərdə çıxış edən sakinlər yaşayış massivində görülən işləri yüksək qiymətləndirmiş, eyni zamanda, mövcud problemlərə toxunaraq, həlli ilə bağlı təkliflərini veriblər.
Suraxanı RiH başçısı ilqar Abbasov sakinləri diqqətlə dinləmiş, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Belediyye.info
|
|
|
|