imişli regional ədliyyə idarəsi və imişli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında N.Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbdə 10 və 11-ci sinif şagirdləri üçün idarənin əməkdaşları ilkin Savalan və Ruslan ismayılovun iştirakı ilə “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir. Tədbirdə məktəbin direktoru Famil Fərəcov və 48 nəfər şagird heyəti iştirak etmişdir. Bu barədə məlumatı imişli regional ədliyyə idarəsi yayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru F.Fərəcov əməkdaşları təqdim etdikdən sonra imişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi i.Savalan bildirdi ki, bu tədbirin orta məktəbdə müəllim və şagird kollektivi ilə keçirilməsi heç də təsadüfü deyildir. Belə ki, ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm prezident ilham əliyevin “ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır. 22 noyabr 2018-ci il tarixdə Azərbaycan ədliyyəsinin 100 ili tamam olur. Hər il olduğu kimi bu ildə ədliyyə işçiləri öz peşə bayramlarını çox böyük coşqu ilə qeyd edəcəklər.
Sonra idarənin aparıcı məsləhətçisi R.ismayılov Azərbaycan ədliyyəsinin bü günə kimi keçdiyi keşməkeşli tarixi ilə bağlı, həmçinin ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonda şagirdlər izafə əmirli və digərlərini maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info