"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

intizar Rzayeva: “Bələdiyyə ərazisində sənədsiz evlər çoxdur”

--2015-08-05 / 19:51

“əmlak və torpaq vergisinin toplanması ilə bağlı, bir qayda olaraq yeni sistemə keçdikdən sonra çətinliklər olur. Bu hər zaman belə olub və buna baxmayaraq, biz maarifləndirmə işlərini davam etdiririk”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Sabunçu rayonu  Ramana bələdiyyəsinin sədri intizar Rzayeva deyib. Onun sözlərinə görə, əvvəllər bu vergilər nəqd şəkildə vətəndaşlardan toplanırdı: “Amma indi yeni qaydalar tətbiq edilib. Çətinliklərimiz var və bu da əsasən qanunda nəzərdə tutulduğu kimi sənədləşdirilmiş evlərdən verginin yığılmasıdır. Ramanı ərazisində xüsusi mülkiyyət, yəni sənədli evlər çoxluq təşkil eləmir. Buna baxmayaraq, biz sakinlərlə danışıqlar aparırıq ki, vergiləri vaxtlı-vaxtında ödəsinlər. Vergilərdən daxil olan məbləğ aylar üzrə dəyişir və sabit şəkildə olmur. Elə ay olur 8 min, sonrakında 10 min vergi yığılır”.

Bələdiyyə sədri deyib ki, bələdiyyə ərazisində sənədsiz evlərdə kifayət qədərdir: “Çünki Ramana da yeni yaşayış massivləri var. şuşa şəhərciyi, 2-ci sahə, 3-cü sahə adlanan ərazilər mövcuddur. Burada da əsasən yeni tikililərdir və həmin ərazilərdə hələ sənədləşmə getməyib. Sənədli evlər ümumi yaşayış evlərinin 20-30 faizini təşkil edir.

Bələdiyyədə çalışan işçilərin əmək haqqları vaxtında ödənilir və hələ ki, əməkhaqqı borcumuz yoxdur.”

i.Rzayeva deyib ki, əhali əsasən kanalizasiya sisteminin yaxşılaşdırılması, yol infrastrukturunun normallaşdırılması ilə bağlı müraciət edir: “Bu xüsusilə yeni yaşayış massivləri ilə bağlıdır. Çünki orada hələ infrastruktur tam hazır deyil, amma evlər tikilib, sakinlər yaşayır. Belə problemlər əsasən payız-qış aylarında özünü daha çox biruzə verir.

Rayon icra hakimiyyəti ilə münasibətlərimiz çox gözəldir və rayon səviyyəsində keçirilən tədbirlərə qatılırıq. Hər zaman da müəyyən məsələlərin həllində dəstəklərini görürük”

Bəxtiyar Məmmədli  

ŞƏRHLƏR