Sabunçu rayon Ramana bələdiyyəsinin sədri intizar Rzayevanın Belediyye.infoya verdiyi məlumata görə, cari ilin doqquz ayı ərizndə bələdiyyənin 11 iclası keçirilib. iclaslarda 49 məsələ müzakirəyə çıxarılaraq qəraalar qəbul edilib. Bələdiyyənin fəaliyyətinə toxunan sədr bildirib ki. hesabat dövründə qəsəbədə yerləşən yolların bəzi hissələrinə karbonat, qum, çınqıl tökülmüş, bir sıra yerlərdə təmizlik və abadlıq işləri aparılmış, divarlar ağardılmış, rənglənmişdir. Məişət tullantılarının atılması üçün zibil meydançası tikilmiş, ərazidə kanalizasiya xəttlərinin bir hissəsi bələdiyyənin daxili imkanları hesabına təmir olunmuşdur.
Sosial layihələrə gəlincə sədr qeyd edib ki, 9 ay ərzində aztəminatlı və şəhid ailələri də diqqətdən kənarda qalmamışdır. Novruz, Ramazan, Qurban bayramı ərəfəsində həmin ailələrə bayram sovqatları paylanmışdır. 20 nəfər aztəminatlı qəsəbə sakininin sosial yardımla bağlı ərizələrinə baxılmış və müvafiq qərar qəbul edilmişdir.
Qarşımızda duran əsas məsələlərdən biri vergi və ödənişləri tam toplamaqla nəzərdə tutduğumuz sosial yönümlü layihələri həyata keçirməkdir.
Belediyye.info