Belediyye.infoya daxil olan məlumatda, bələdiyyə işçiləri Abşeron rayon Aşağı Güzdək bələdiyyəsindən şikayətlidir.
Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası və Dövlət əmək Müfəttişliyinə ünvanlanan məktubun redaksiyaya daxil olan surətini olduğu kimi təqdim edirik.
“Məlumat üçün bildiririk ki, Aşağı Güzdək bələdiyyəsində işləyən 10-15 nəfərin 6 aylıq əmək haqqısı və son haqq-hesab verilməmişdir.
14.11.2015-ci ildə bələdiyyənin səlahiyyətini yerinə yetirən icra nümayəndəsi Böyükağa Həsənov və bələdiyyə sədrinin müavini Mahizər şirəliyeva biz fəhlələri idarəyə çağırıb prokuror orqanları ilə hədələyərək bəzilərimizin ərizəsini alıb, bəzilərimizin isə ərizələrini özləri yazıb özləri də qanunsuz olaraq imza edərək kütləvi şəkildə işdən azad etmişlər.
14.11.2015-ci ildən bu günə kimi bələdiyyənin yeni işə qəbul edilən işçiləri öz əməkhaqlarını vaxtı-vaxtında alırlar.
əmək Müfəttişliyinin əməkdaşları bizim iştirakımız olmadan dəfələrlə bura gələrək işə ciddi yanaşmayaraq, nədənsə bələdiyyənin xeyrinə həll etməyə çalışıblar.
Bələdiyyə sədri Mahizər şirəliyeva əmək Müfəttişliyinin əməkdaşlarına yazılı olaraq bildirib ki, büdcədə pul yoxdur. Maraqlıdır ki, təmirə ehtiyacı olmayan bələdiyyə binasının yenidən təmirinə və digər sahələrinə pul ayrılmışdır.
Çox xahiş edirik ki, bizim əmək haqqımızın və son-hesabın verilməsinə köməklik edəsiniz.
S.Süleymanova
ş.Süleymanova
A.ibrahimov
E.Sadıxov
A.Süleymanova
H.şirəliyeva"
P.S. Qarşı tərəfin fikirlərini öyrənə bilmədiyimizdən Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin fikirlərini təqdim etməyə hazırıq.
Belediyye.info