"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Jelena Jocioniene: “Litva bələdiyyələri üçün əsas tələb bütün fəaliyyətin açıqlanması hesab olunur”

--2017-07-07 / 19:39

Azərbaycanda bələdiyyələr fəaliyyətləri  barədə  mütəmadi  olaraq  seçicilərinə  hesabat verməlidir.  Qanunvericiliyin tələblərinə  uyğun olaraq  hər rübdə, yarımildə və ilin yekununda hesabat verməyə borcludurlar.  Hətta fəaliyyətləri  barədə  inzibati binalarda asmağı zəruri hesab edilir.

Bəs bələdiyyələrin hesabatlığı Litva bələdiyyələrində necə təmin edilir?

Bu barədə Belediyye.infonun sualını Litvanın Trakay şəhər bələdiyyə şurasının üzvü   Jelena Jocioniene cavablandırır.

Xanım Jelena Jocionienenin sözlərinə görə, ildə bir dəfə şəhər merinin və adminstrasiya rəhbərinin deputatlar şurasına hesabatı təqdim edilir:

“Qeyd edim ki, hesabat müzakirə edilən iclas internet vasitəsiylə canlı şəkildə nümayiş olunur. Müzakirələrdən əvvəl isə iclasın gündəliyi  KiV-də və internet mediada dərc edilir, o cümlədən bələdiyyənin  dörd komitəsində müzakirə  edilir.

Litva bələdiyyələri üçün əsas tələb bütün fəaliyyətin açıqlanması hesab olunur. əsas  tələb bir də odur ki,  seçiciyə  hansı yolla olursa-olsun məlumat və hesabat çatdırılsın. Burada  materialın qəzet, internet və elektron mediada verilməsi tələbi qoyulmur. Ancaq ciddiyə alınmasa da  sosial şəbəkədə çox geniş paylaşımlar edilir. Və sosial şəbəkədə müzakirələr müəyyən mənada ciddiyə alınır. Hər bir bələdiyyədə bələdiyyənin internet resursu vardır. Və bələdiyyə də məsul şəxslər bütün fəaliyyətin təbliğinə maraqlıdırlar  görsənirlər.”

Belediyye.info

ŞƏRHLƏR