"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

K. Bayramov: “Ola bilər, bu əlavə bələdiyyələrə sərf etməsin, ancaq inanıram ki, ....”

--2017-03-03 / 19:17

Milli Məclisin Regional Məsələlər Komitəsində müzakirə edilərək plenar iclasa tövsiyyə olunan məqamlardan biri  “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklikdir.

Belə ki,  qanunun 13 maddəsinin birinci hissəsinə belə bir cümlə salınması nəzərdə tutulur:

“Yerli əhalini tanış etmək məqsədiylə auditin nəticələri  onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətində  bələdiyyə binasının qarşısında  xüsusi lövhələrdə yerləşdirilməlidir”

Komitəinin iclasında məsələyə münasibət bildirən Mili Məclsin üzvü Kamran Bayramov bildirib ki, bu maddənin salınmasına  bələdiyyələrin  özləri maraqlı olmalıdır:

Bu əlavə vətəndaşın bələdiyyəyə daha yaxın olmasına xidmət edən bir dəyişiklikdir. Vətəndaş özü maraqlı olmalıdır ki, getsin bələdiyyənin inzibati binasının qarşısına, lövhəyə baxıb  bələdiyyənin fəaliyyətinə qiymət vermiş olsun. Nəticədə bilsin ki, onun ödədiyi vergi hara gedir,  hara xərclənir və  düzgünmü xərclənir.

Burada əsas məqsəd şəffaflığın artırılmasıdır.  Ola bilər, bu əlavə bələdiyyələrə sərf etməsin, ancaq inanıram ki, əlavə  vətəndaş qarşısında bələdiyyələrin  hesabatlılığının artırılmasına, vətəndaşın bələdiyyəyə yaxın olmasına təkan verəcəkdir.”

Belediyye.info

ŞƏRHLƏR