"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

K.Bayramov: “Vergidən vergi tutularmı?”

--2017-02-14 / 19:24

“Bu gün bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsindən söhbət gedə bilməz. Çünki onların əlllərində çox geniş gəlir gətirə bilən səlahiyyətlər cəmləşib”- bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclsin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov bildirib.

Onun fikrincə, əsas məsələ verilən səlahiyyətlərin necə icra olunmasından getməlidir. Bu səlahiyyətlərin icrasında bələdiyyələrin fəaliyyətinə həm ədliyyə Nazirliyi, həm Vegilər Nazirliyi, həm də Milli Məclıs öz köməyini göstərməlidir.

Çıxışında K.Bayramov bununla bağlı  bələdiyyələrin son günlər üzləşdiyi bir problemə toxunub.

Belə ki, Vergilər məcəlləsinə edilən son düzəişlərdə (maddə 221-də)   maliyyə  vəsaitini nəğləşdirən sahibkarlıq fəaliyyətiylə məşğul olan hüquqi və fiziki şəxslərdən bir faiz vergi tutulmağa başlanılıb.  Həmin məcəllənin 106-cı maddəsində qeyd edilir ki, bələdiyyə orqanlarının gəlirlərindən vergi tutulmur.

Maraqlı məqam ondadır ki, bu gün komitəyə bələdiyyələrdən daxil olan müraciətlərdən məlum olur ki,  bir çox bələdiyyələrdən banklar bir faiz vergi tuturlar. Sual olunur vergidən vergi tutularmı?

Fürsət istifadə edib,  ədliyyə Nazirliyinə bir o qədərdə aidiyyəti olmasada, hər halda inzibati nəzarəti həyata keçirən orqan olaraq  Vergilər Nazirliyinə müraciət edərək məsələyə aydınlıq gətirilsin. Müvafiq olaraq banklara bununla bağlı rəsmi məktubların  göndərilməsi nəticədə bələdiyyələrin üzləşdiyi problemlərin həllinə nail olmaq olar.

Belediyye.info

ŞƏRHLƏR