şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə cari ilin birinci rübündə bir sıra ciddi layihələrin icrasını həyata keçirib.
Sədrin sözlərinə görə, şəhidlər xiyabanında olan su hovuzu və bardyurların köhnə rənglərdən təmizlənərək yenidən emulsiya ilə rənglənmişdir.
M.ə.Rəsulzadə prospekti 17, 17/1, 17/2 saylı binaların qarşsındakı məhəllədə yerləşən xeyir-şər yerinə sakinlərin istifadəsi üçün 16 ədəd stol 95 ədəd stul alınaraq qoyulmuşdur.
Bununla yanaşı H.əliyev prospekti yaşayış məhəlləsində yerləşən xeyir-şər yerinə 14 ədəd stol (6 nəfərlik) 84 ədəd stul alınaraq qoyulmuşdur.
Daha sonra i.Qayıbov küçəsi dal. 1 ev 15-də yaşayan Həsənov Xalid əsgərağa oğluna yanmış evinin bərpası üçün 1 m3 taxta materialı alınaraq verilmişdir.
M.əsədov küçəsi ev 107-də yaşayan 1-ci qrup əlil Qəniyev Nazim Yusif oğluna 1 maşın qırmızı qum 10 kisə sement köməkliyi olunmuşdur. şirvan Hacıqabul dəmir yolu üzərindən keçən 5 keçid köhnə rəngdən təmizlənərək yenidən emulsiya ilə rənglənmişdir.
Sədr açıqlamasında daha sonra bildirib:
“islam oyunları ilə əlaqədar şəhərin i.Qayıbov adına parkında əsaslı təmir işləri aparılmışdır istinad divarı təmizlənərək rənglənmiş 580 m2 daş hasar və sanitar qovşağı rənglənmiş 425 m2 oturacaqlar rənglənmiş 68 m2 sala düşən pilləkənin kənarlarında metal barmaqlıqlar yenisi ilə əvəz olunmuş, pilləkənin polu dəyişdirilmiş və bütövlükdə yağlı boya ilə rənglənmiş, 130 m monolit beton bardyur tökülmüşdür.
Ötən birinci rüb ərzində ən ciddi fəaliyyət zəbt edilmiş torpaq sahələrinin boşaldılmasıyla bağlı olub
Belə ki, bələdiyyə tərəfindən 2017-ci ilin yanvar və fevral aylarında Bayramlı qəsəbəsində bələdiyyə mülkiyyətinə məxsus torpaqların inventarizasiyası zamanı 30 sakinin bələdiyyə torpağından qeyri-qanuni istifadə etdiyi müəyyənləşdirilmiş, onlara xəbərdarlıq edilərək rəsmi bildirişlər təqdim olunmuş, 8 sakinin isə torpağın zəbt olunması ilə bağlı cəhdinin qarşısı alınaraq dəmir torla çəpərlənmiş ərazinin təmizlənib əvvəlki vəziyyətinə bərpa edilməsi işləri görülmüşdür.
şəhərin M.Mirzəyev küçəsində isə qeyri qanuni zəbt olunmuş 1 nəfərə məxsus daş hasar texnikanın köməkliyi ilə sökülmüş, 4 nəfərə məxsus torpaq sahəsi isə metal tordan təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmışdır.
Daşınmaz əmlak Komitəsi yanında Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdə Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki istifadə edən 34 (otuz dörd) şəhər sakini müəyyənləşdirilmiş onlarla qanunvericiliyin tələblərinə müvafiq maarifləndirmə işləri aparılmış, 10 şəhər sakininə isə sənədləşmə ilə bağlı rəsmi xəbərdarlıq məktubları göndərilmişdir. Görülmüş tədbirlərin və aparılmış qanunamüvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan, bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədləri təqdim etməyə başlamışlar.
Belediyye.info