“2018-ci il bələdiyyələrin inkişafı baxımından olduqca əlamətdar və məhsuldar olub” – bu fikirləri Milli Məclisin Regional məsələlər Komitəsinin iclasında millət vəkili Kamran Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, ötən il bələdiyyələrin statusuna müsbət mənada təsir edən qanunlar qəbul edilmişdir.
Azərbaycan Prezidentinin Qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə göndərilən reyestr məlumatlarının əldə edilməsi, reklam xidmətləriylə bağlı o cümlədən Nazirlər Kabineti tərəfindən qəbrstanlıqların salınması və istifadəsiylə bağlı normativ-hüquqi sənədlərin təsdiq edilməsi, ümumilikdə bələdiyyəyə dövlət dəstəyinin ilbəil artdığından xəbər verir.
Bununla yanaşı ilk dəfə bələdiyyələrə bir milyon manat civarında subvensiyaların ayrılması da ilin yaddaqalan hadisələrindəndir.
2019-cu il bələdiyyələr üçün diqqətiçəkən iki məqamla - ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi, həmdə bələdiyyələrin formalaşdırılmasının iyirmi illiyi ilə yadda qalacaqdır.
Təbii ki, bu illər ərzində yüksəlişlərdə, nöqsanlarda olub.
Bu il artıq bələdiyyələrin özlərini göstərməsi üçün axırıncı ildir. Onların fəallıqları daha da artıq olmalıdır.
Bu il onlar seçkiyə gedirlər, son imkanlarıdır və seçicilər qarşısında verdikləri öhdəlikləri vaxtında yerinə yetirməlidirlər.
Sonda K.Bayramov Bələdiyyələrlə iş mərkəzinin, milli bələdiyyə assosiasiyalarının, həmdə digər aidiyyəti qurumların öz imkanlarından daha da səmərəli istifadə edərək bələdiyyələrin həm maarifləndirilməsində, vəziyyətlərinin yaxşılaşdırılmasında, həmdə maliyyə imkanlarının yaxşılaşdırılması baxımından bütün səyləri birləşdirəcəyinə inandığını bildirib.
Belediyye.info