Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağınkı çıxışında təəssüflə bildirib ki, bələdiyyələr ölkəmizin hazırkı inkişaf templəri ilə ayaqlaşa bilmir. Dövlətimiz bələdiyyələrə bütün sahələrdə dəstək göstərsə də, bələdiyyələr bunu layiqincə qiymətləndirə bilmirlər. Dövlətimizin başçısı son dövrlərdə bələdiyyələrlə bağlı bir sıra mühüm qərarlar qəbul edib. Həmin qərarlar üzrə düzgün şəkildə fəaliyyət aparılsa, bu, bələdiyyələrin büdcəsinin formalaşdırılmasına böyük töhfə olar. Bələdiyyələr gördükləri işlər barədə mütəmadi olaraq cəmiyyəti məlumatlandırmalıdır.
Bələdiyyələr tərəfindən bir çox işlər, layihələr icra olunur, ancaq görülən işlər təbliğ olunmursa onun səmərəsi sıfıra bərabərdir.
Bələdiyylərə tövsiyə edərdim ki, bir az yaradıcı, bir az aktiv olmaq lazımdır. Yenilik gətimək lazımdır, innovasiyalar gətrimək lazımdır, hər zaman axtarışda olmaq lazımdır.
Belediyye.info