"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keçmiş məmur «içərişəhər» qoruğuna direktor təyin edildi – SəRəNCAM

--2016-05-12 / 20:33

Prezident ilham əliyev «içərişəhər» qoruğuna direktor təyin edilməsi barədə sərəncam imzalayıb. Fins.az xəbər verir ki, sərəncama əsasən, əsgər əyyub oğlu ələkbərov Nazirlər Kabineti yanında “içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin rəisi təyin edilib.

http://fins.az/budce/899787/Icheriseher_qoruguna_direktor_teyin_edildi___SARANCAM.html

əsgər əyyub oğlu ələkbərov - 3 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını idarəetmə  institutunun idarəetmə fakültəsini bitirib.

1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
1996-2002-ci illərdə “HSBC Bank Middle East” Bakı ofisində xəzinədarlığıın müdiri  və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb.
2002-ci ildə “LFS Financial Systems GmbH” şirkətində və Asiya inkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb.
2003-2009-cu illərdə Azərbaycan Respublikasının iqtisadi inkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici investisiyaların və Yardımların əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb.
2009-2010-cu illərdə “Merkuri Konsaltinq” şirkətində müdir müavini vəzifəsində çalışıb.
2010-2012-ci illərdə “CiFAL GROUPE” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
2012-ci ildən “Qala Həyat” Sş ASC-nin idarə Heyətinin sədridir.
Ailəlidir, 1 qızı və 1 oğlu var.

http://www.qala.az/home.php?type=page&direct=about&id=7

ŞƏRHLƏR