"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kiyevdə “Etik davranış və şəffaflıq” mövzusunda beynəlxalq seminar keçirilir

--2016-06-21 / 18:49

Avropa şurasının və Avropa Birliyinin təşkilatçılığı ilə Kiyev şəhərində  “Etik davranış və şəffaflıq” mövzusunda beynəlxalq seminar keçirilir.

Beynəlxalq seminarda şərq Tərəfdaşlığına daxil olan ölkələr – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan  nümayəndə heyətləri iştirak edir.

Azərbaycanı beynəlxalq tədbirdə Aytac əliyeva (Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri, Aygül Abdullayeva (Astara Bələdiyyəsinin sədri), Sevil Mənsurova ( Mərdəkan Bələdiyyəsinin sədr müavini), Lyudmila Xəlilova (Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr müavini), əli əkbərli (Yasamal bələdiyyəsinin üzvü) təmsil edir.

23 iyunadək davam edəcək tədbirdə hər bir ölkənin təqdimatları olacaq, habelə mövzuyla əlaqəli məruzələr  dinləniləcək.

Belediyye.info

ŞƏRHLƏR