"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdəxanıda “Yerli Demokratiya Həftəsi” belə təşkil edilib

--2016-11-14 / 15:03

Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin yaydığı məlumata görə, Azərbaycanda Yerli Demokratiya həftəsinin başlanması ilə əlaqədar Kürdəxanı qəsəbə Bələdiyyəsində də 31 oktyabr 6-noyabr  2016-ci il tarixlərində “Açıq Qapı” günləri keçirilmişdir. Həftənin əsas məqsədi, əhalinin fəallığını artırmaq, vətəndaşların bələdiyyələrlə münasibətlərini möhkəmləndirməkdir.

Azərbaycan son illərdə ictimai həyatın bütün sahələrində sürətlə inkişafa, yüksək uğurlara nail olmuşdur. “Yerli demokratiya həftəsi”nin yeni, müasir vətəndaş cəmiyətinin formalaşmasında  müstəsna rolu var. Bu məqsədlə demokratiya həftəsinin proqramına uyğun olaraq,  bələdiyyə rəhbərliyinin vətəndaşlarla görüşlərinin təşkil edilməsi, əhaliyə görülmüş işlər barədə hesabatların verilməsi, Bələdiyyə ərazisində mövcud olan problemlər barədə müzakirələrin aparılmasına, sakinləri narahat edən problemlərin diqqətlə öyrənilməsinə şərait yaradır.

Kürdəxanı qəsəbəsində rəsmi olaraq 6730 nəfər qeydiyyatda olsa da, vətəndaş vardısa. hazırda qəsəbə ərazisində qeyri-rəsmi təxmini olaraq 10 min nəfərdən artıq vətəndaş məskunlaşıb. Onların qarşılaşdığı problemləri həll etmək, o cümlədən indiyədək bələdiyyə haqqında formalaşmış mənfi rəyi dəyişmək üçün, yeni seçilmiş bələdiyyə üzvləri sakinlərin mənafeyinə uygun konkret olaraq addımlar atır.

Kürdəxanı Bələdiyəsində sakinlərlə görüş keçirilmiş, 2016-cü ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilmiş və  və 2017-ci ilin bələdiyyə büdcəsi müzakirə olunmuşdur.

Vətəndaşların bələdiyyə ilə əlaqələrinin qurulması, yaranmış problemli məsələlər haqqında operativ məlumat verilməsi məqsədi ilə bələdiyyədə “Qaynar Xətt” telefonu daima  fəaliyyət göstərir, həmin telefon xətti vasitəsi ilə sakinlər tərəfindən irəli sürülmüş 57-dən çox müraciət,  təklif və şikayət qeydə alınıb və  əhalisinin sıx toplaşdığı bir çox yerlərdə (Bələdiyyə binasının qarşısı, məktəb, səhiyyə müəssisəsi və s.) vətəndaşların müraciətlərinin qəbulu məqsədi ilə “Bələdiyyə poçtu” quraşdirilıb.

Müraciətlərin çox hissəsi torpaqla bağlı olmuşdur. Belə ki, bələdiyyə tərəfindən verilmiş icarə müqavilələrinin müdətinin bitməsi, bağ sahələrinin nömrələrinin və ölçülərinin plan sxemlərdə öz əksini tapmaması, qonşu bağ sahibləri ilə yaranmış mübahisələr, keçmiş  Bağlar idarəsi tərəfindən verilmiş bağ sahələrinin, Bələdiyyə tərəfindən verilən sahələrlə üst-üstə düşməsi və s. səbəblərdir. Müraciətlərlə  əlaqədar olaraq sədr müavini P.Dadaşov, “Torpaq və ərazisi idarəetmə şöbəsi”nin rəisi M.Ağakişiyev, “Vergi şöbəsi”nin rəisi A.Məsimov və Y.i.i.M.üzrə daimi komissiyanın sədri M.Allahverdiyev torpağla bağlı müraciətləri yerində və ya lazım gəldikdə əraziyə baxış keçirməklə həll edib, əhalinin narazı olmaması üçün əllərindən gələni əsirgəmirlər.

Yerli  Sosial Məsələləri üzrə daimi komissiya üzvləri vətəndaşlarla söhbətlər apararaq, onların maddi  vəziyyətləri ilə maraqlanır, şəhid ailələrinin, kimsəsizlərin müraciətlərinə daha çox diqqətlə yanaşır, bütün imkanlardan istifadə edərək, onların ehtiyaclarının ödənilməsinə səy göstərir, imkan daxilində köməkliklərini əsirgəmirlər.

Görüşdə sakinləri maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmış, həftə çərçivəsində bələdiyyənin görəcəyi konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu məqsədlə Kürdəxanı Bələdiyyəsində hər gün sakinlər sədr H.B.Kərimova, sədr müavini P.Q.Dadaşov, komissiya üzvləri və bələdiyyə qulluqçuları ilə birbaşa əlaqə saxlayıb, görüşürlər.

Tədbirin sonunda Bələdiyyə sədri Heyran Kərimova tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək  və belə tədbirlərin tez-tez keçirilməsini məqsədəuyğun hesab etdi.

Belediyye.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR